Avstraliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyir

Oktyabrın 27-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov iqamətgahı Ankarada yerləşən Avstraliyanın ölkəmizdə akkreditə olunmuş səfiri İan Biqs ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, İ.Biqs Azərbaycanın BMT Təhlükəsizlik Şurasının 2012- 2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırmış, uğurlar arzulamışdır.
E.Məmmədyarov Azərbaycanın enerji strategiyası, müxtəlif regional və beynəlxalq əhəmiyyətli layihələrdə iştirakı haqqında avstraliyalı diplomata ətraflı məlumat vermişdir.
Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə səfirə məlumat verən nazir problemin həllində mövcud status-kvonun yolverilməz olduğunu vurğulamışdır. Bildirmişdir ki, münaqişənin nizamlanması üçün Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması vacibdir.
İ.Biqs Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini və məsələnin tezliklə sülh yolu ilə həll ediləcəyinə ümidvar olduğunu vurğulamışdır.
Tərəflər ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsinin və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini qeyd etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında