UNESCO ilə Azərbaycan arasında Haitinin mədəniyyət sektorunun bərpa edilməsi üzrə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır

Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, oktyabrın 27-də təşkilatın Baş Konfransının 36-cı sessiyası çərçivəsində UNESCO ilə Azərbaycan arasında Haitinin zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi məqsədi ilə maliyyə yardımı ilə bağlı saziş imzalanmışdır. 
Sazişə əsasən Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə 50 min ABŞ dolları məbləğində maliyyə yardımı Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf ediləcəkdir. Layihənin icrasına cari ilin dekabrında başlamaq və altı aya sona çatdırmaq nəzərdə tutulur.
Sazişi UNESCO tərəfindən qurumun baş direktorunun strateji planlaşdırma üzrə müavini Hans Dorvil, Azərbaycan tərəfindən isə UNESCO yanında daimi nümayəndə, səfir Eleonora Hüseynova imzalamışlar.
İmzalanma mərasimində Haitinin mədəniyyət naziri, Milli Məclisin deputatı B.Əliyev, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi G.Əfəndiyeva, UNESCO-nun aidiyyəti bölmələrinin nümayəndələri, Haiti və Azərbaycanın daimi nümayəndəliklərinin təmsilçiləri və mətbuat nümayəndələri iştirak etmişlər.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında