Xınalıqda (Quba) qar örtüyünün hündürlüyü 12 santimetrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən aldığımız məlumata görə, oktyabrın 25-i gündüzdən 26-sı səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam etmiş, yağış, dağlıq rayonlarda qar yağmış, bəzi yerlərdə güclü olmuşdur.
Düşən yağıntının miqdarı Lənkəranda 72 mm ( aylıq normanın 29%-i), Yardımlıda 30 mm, Göytəpədə 25 mm, Oğuzda 22 mm, Qəbələ, İsmayıllıda 21 mm, Rvarud (Lerik), Kürdəmirdə 20 mm (aylıq normanın 43 %-i), Zərdabda 18 mm (aylıq normanın 46 %-i), Abşeron yarımadasında 2-9 mm, Biləcəridə 16 mm, Maştağada 15 mm (aylıq normanın 38 %-i), Bakıda 13 mm (aylıq normanın 46%-i) olmuşdur. Göygöldə, Quba rayonunun dağətəyi kəndlərində qar yağmışdır. Qar örtüyü əmələ gəlmiş, qar örtüyünün hündürlüyü Xınalıqda 12 sm, Qırızda 11 sm, Altıağacda 6 sm, Rükdə 5 sm, Xaltanda 2 sm təşkil etmişdir.
Şimal-qərb küləyi saniyədə Neftçalada 25, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 15-20, arabir 24 metrədək güclənmiş, Neft Daşları Stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 6,5 metrə çatmışdır.
Oktyabrın 25-də havanın temperaturu Bakıda iqlim normasından 1 dərəcə aşağı olmuş, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 15-17, aran rayonlarında 15-18, dağlıq rayonlarda 7-11, Naxçıvan MR-da 13-18 dərəcə isti, havanın minimal temperaturu Böyük Qafqazın yüksək dağlıq ərazilərində- Şahdüzündə (d.s.h. 2700 m.)-5,6, Kabaşda( d.s.h. 3600 m)-8,4, Tufandağda ( d.s.h. 4172 m) - 12,4 dərəcə şaxta təşkil etmişdir.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında