"Şimal-Şərq inkişaf layihəsi" başa çatmışdır

"Şimal-Şərq inkişaf layihəsi" başa çatmışdır. Bu münasibətlə "Park İnn" otelində keçirilən seminarda Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin baş direktoru Razim Vəliyev çıxış edərək bildirmişdir ki, Azərbaycan hökuməti ilə Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD) arasında birgə əməkdaşlıq "Təsərrüfatların Özəlləşdirilməsi Layihəsi" ilə başlanmışdır. 
Daha sonra "Dağ və Yüksək Dağlıq Ərazilərin İnkişaf Etdirilməsi Proqramı" və "Şimal-şərq inkişaf Layihəsi"nin icrası uğurla başa çatdırılmışdır. Hazırda "Şimal-qərb kənd inkişaf Layihəsi"nin icrası davam etdirilir. 2011-ci ilin iyul ayından etibarən İFAD, İslam İnkişaf Bankı və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilən "Kənd yerlərinin kompleks inkişaf Layihəsi"nin icrasına başlanılmışdır.
Tərəflər arasında səmərəli əməkdaşlıq ölkəmizdə yoxsulluğun azaldılmasına, regionların inkişafına və yeni iş yerlərinin yaradılmasına, kənd əhalisinin gəlirlərinin artırılmasına və ümumən əhalinin rifahının yaxşılaşdırılmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasına öz müsbət təsirini göstərmişdir.
Sonra İFAD layihələrinin direktoru Vüqar Mehdiyev bu beynəlxalq təşkilatla Azərbaycan hökumətinin birgə maliyyələşdirdiyi "Şimal-şərq inkişaf Layihəsi"nin yekunlarından söz açmışdır. O bildirmişdir ki, layihə üzrə Kredit Sazişinə uyğun olaraq 5 il müddətində regionda təsərrüfatdaxili suvarma sistemləri bərpa edilmiş, layihənin əhatə etdiyi rayonlarda Sudan istifadəedənlər birlikləri (SİB) yaradılmışdır, kənd təsərrüfatının müxtəlif sahələrində istehsalın artımına nail olunmuşdur.
Seminarda İFAD-ın ekspertləri layihə üzrə görülmüş işləri müsbət dəyərləndirmişlər.
Mütəxəssislər "Şimal-şərq inkişaf Layihəsi"nin bütün komponentləri barədə ətraflı məlumat vermiş, İFAD-la əməkdaşlığın perspektivlərinə toxunmuşlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında