İşğal nəticəsində məhv edilmiş kitabxanalar haqqında "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı kitab nəşr olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.17 və 2.6.14 bəndlərində işğal olunmuş ərazilərdə məhv edilmiş kitabxanalar haqqında məlumatların hazırlanması və onların beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulmuşdur.
Sözügedən Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən işğal nəticəsində məhv edilmiş kitabxanalar haqqında məlumatlar və fotoşəkillər əsasında "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı kitabça nəşr edilmişdir.
Nəşrdə Ermənistan silahlı birləşmələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycana qarşı aparılan işğalçı müharibə nəticəsində zəbt olunmuş torpaqlarımızda dağıdılmış və talan edilmiş kitabxanalar, onların fotoşəkilləri (işğaldan əvvəl və sonra), habelə bir sıra statistik məlumatlar rayonlar üzrə sistemli şəkildə verilmişdir.
Kitabçada erməni separatçıları tərəfindən işğal olunmuş qədim Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik 7 rayonda 9 mərkəzləşdirilmiş kitabxana sistemi, 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitabın talan və məhv edildiyi göstərilmişdir.
Kitabçada dünyanın görkəmli alimlərinin təbii muzey adlandırdığı Azərbaycanın ən unikal guşəsi olan Qarabağda azərbaycanlılara məxsus milli-mədəniyyət nümunələrinin məhv edildiyi Qarabağın mədəniyyət və təhsil mərkəzi sayılan Şuşa tarixi memarlıq qoruğunun ərazisində yerləşən Pənah xanın tarixi kitabxanasında, rəssam, görkəmli alim Mir Mövsüm Nəvvabın şəxsi kitabxanasında, Aşağı və Yuxarı Gövhərağa, cümə məscidlərində, dahi bəstəkar Üzeyir Hacıbəyovun, professional vokal sənətinin banisi Bülbülün ev muzeylərində saxlanılan dəyərli kitabların erməni vandalları tərəfindən məhv edildiyi xüsusi qeyd olunmuşdur.
Kitabça Azərbaycan kitabxanalarına, xarici ölkələrin kitabxanalarına, habelə Azərbaycanın xarici dövlətlərdəki səfirliklərinə göndəriləcəkdir.
Gələcəkdə "Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar" adlı kitabça rus və ingilis dillərində nəşr olunaraq yayılması nəzərdə tutulmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında