Şərurda 2 yeni fərdi ev sahiblərinə təqdim olunmuşdur

Şərurun Havuş kəndinin iki sakininə fərdi ev hədiyyə olunmuşdur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov həmin kənddə olmuşdur.
Ali Məclisin sədri fərdi evlərin açarlarını sahiblərinə təqdim etmişdir.
Məlumat verilmişdir ki, sərhəd kəndi olan Havuşda son illər sakinləri narahat edən əsas problemlər öz həllini tapmış, kənd qazlaşdırılmış, fasiləsiz elektrik enerjisi və içməli su ilə təmin olunmuş, yol abadlaşdırılmış, əhaliyə rabitə xidməti göstərmək üçün lazımi şərait yaradılmışdır.
Bununla yanaşı, kənddə əkin sahələrinin suvarılması istiqamətində də mühüm tədbirlər görülmüş, 2 min metr məsafədən "Cəviz bağı" adlanan sahəyə suvarma xətti çəkilmiş, 1500 metrlik mövcud su xəttində bərpa işləri aparılmışdır. Görülən tədbirlər nəticəsində kənddə yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmışdır.
Sonra Ali Məclisin sədri Havuş kənd tam orta məktəbinə gəlmiş, buradakı tədrisin keyfiyyəti ilə maraqlanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında