Xətai rayonunda qışa hazırlıq diqqət mərkəzindədir

Xətai Rayon İcra Hakimiyyətində 2011-2012-ci illərin payız-qış mövsümünə hazırlığın vəziyyətini müzakirə etmək üçün müvafiq idarə və müəssisə rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilmişdir.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirmişdir ki, bu gün rayonun xidmət sahələrinin əsas vəzifələri mövsümə qədər və mövsüm ərzində tabeliyindən asılı olmayaraq, rayon ərazisindəki yaşayış binalarının, məktəblərin, uşaq bağçalarının, poliklinika və xəstəxanaların, bir sözlə, bütün sosial obyektlərin istilik sistemlərinin işlək vəziyyətə gətirilməsi, əhalinin müntəzəm elektrik enerjisi, təbii qaz, içməli su ilə fasiləsiz təmin edilməsi üçün zəruri tədbirləri görməkdir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı işlənib hazırlanmış və onun həyata keçirilməsinə bilavasitə rəhbərlik edəcək qərərgah yaradılmışdır.
Sonra qəbul olunmuş planın həyata keçirilməsi istiqamətində görülən işlər barədə rayonun təsərrüfat müəssisələri rəhbərlərinin hesabatı dinlənilmişdir. Qeyd olunmuşdur ki, indiyədək Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən balansdakı binaların daxili istilik xətlərinin 1864 poqonometri, elektrik xətlərinin 995 poqonometri, su borularının 2592, kanalizasiya xətlərinin 1864 poqonometri təmir olunmuş, binalarda 587 poqonometr su navalçası dəyişdirilmiş, 93 kvadratmetr ümumi istifadə olunan yerlər şüşələnmiş, 847 poqonometr tüstü bacası və havasovurucu kanallar təmizlənmiş və daxili imkanlar hesabına 17786 kvadratmetr dam örtüyü təmir olunmuşdur.
İstilik mövsümünə hazırlıqla bağlı, "Azəriistiliktəchizat" ASC-nin rayon üzrə fəaliyyət göstərən İstilik Enerji Mərkəzi Xətlərinin İstismar Sahəsi, 6 saylı İstilik İstismar Sahəsi və 2 saylı Rayon İstilik Qazanxanası tərəfindən xidməti ərazilərdə 2338 poqonometr məhəllədaxili istilik xətti çəkilmiş, bir sıra yaşayış binalarının zirzəmilərində aşağı paylayıcı istilik xətlərində əsaslı təmir işləri aparılmış, magistral istilik xətləri örtüklənmişdir.
Təsdiq olunmuş tədbirlər planına əsasən PTVM 50 markalı 1 qazan əsaslı təmir edilmiş, 21 qazan mexaniki üsulla təmizlənmişdir.
Ərazidə 169 yaşayış binasını, 14 məktəbi, 15 uşaq bağçasını, 2 səhiyyə obyektini və 18 digər sosial obyektləri istiliklə təmin edən 1-ci Yüksəldici Nasoslar Stansiyası əsaslı təmir edilərək tam işlək vəziyyətə gətirilmişdir.
2011-2012-ci illər istilik mövsümünə hazırlıq tədbirləri davam etdirilməkdədir. Nəzərdə tutulmuş bütün işlərin 28-30 oktyabr tarixinə tam başa çatdırılması, mövcud təlimata uyğun olaraq qazanxana və istilik şəbəkəsi sistemlərinin su ilə doldurularaq sınaq-sazlama işlərinin aparılması nəzərdə tutulur.
Həyata keçirilən tədbirlər nəticəsində istilik mənbəyinə qoşulmuş 518 çoxmərtəbəli yaşayış binasından istiliklə təmin olunanların sayının keçən ildəki 381-dən 409-a çatdırılması üçün işlərin həyata keçirilməsi davam etdirilir.
Qeyd olundu ki, 2011-2012-ci ilin istilik mövsümündə investisiya proqramı və daxili imkanlar hesabına əlavə 28 yaşayış binasının istiliklə təmin olunması nəzərdə tutulur.
Payız-qış mövsümündə rayon əhalisinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün elektrik təsərrüfatında aparılmış yenidənqurma işləri nəticəsində 986 poqonometr 0,4 kilovoltluq kabel xətti təmir olunmuş, 1664 poqonometr 6-10 kilovoltluq yeni kabel xətti çəkilmiş, 598 poqonometr yenisi ilə əvəz olunmuşdur. 2 ədəd transformator məntəqəsi quraşdırılmış, 8 transformator təmir olunmuş, 3 yeni transformator məntəqəsi tikilmişdir.
İclası yekunlaşdırarkən, Razim Məmmədov bir daha qeyd etmişdir ki, bizdən payız-qış aylarında əhalinin məişət problemlərinin vaxtında həlli tələb olunur və biz buna məsuliyyət daşıyırıq. Ona görə rayon təsərrüfatının bütün sahələrinin kollektivləri öhdələrinə düşən işlərin yerinə yetirilməsinə yüksək məsuliyyət hissi ilə yanaşmalıdırlar.
Sonda iclasın gedişi zamanı ortaya çıxan bəzi məsələlərin həlli istiqamətində müvafiq müəssisə rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

{nl}

İlqar RÜSTƏMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında