Belçika Senatının fəxri sədri xanım Anne-Marie Lizin Azərbaycan Turizm İnstitutunda olmuşdur

Belçika Senatının fəxri sədri, Sorbonna Universitetinin professoru xanım Anne-Marie Lizin və "Grey Matter İnternational Ltd" nin prezidenti Salah Brahimi Azərbaycan Turizm İnstitutunun qonağı olmuşlar. ATİ-nin mətbuat xidmətindən bildirmişlər ki, görüş zamanı institutun rektoru, professor Cəfər Cəfərov qonaqlara bu təhsil ocağının yaranma tarixi, fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələri barədə ətraflı məlumat vermişdir.
Belçikalı qonaq xanım Anna-Marie Lizin Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin Fransa və Belçika ictimaiyyətinə obyektiv çatdırılması istiqamətində gördüyü işlər haqqında məlumat vermiş və bu sahədə fəaliyyətini gələcəkdə də həyata keçirəcəyini məmnunluqla bildirmişdir. İnstitutda təhsil sahəsində əldə edilən uğurlardan razı qaldığını bildirən qonaq ATİ ilə Sarbonna Universiteti arasında ikitərəfli əlaqələrin yaranmasında maraqlı olduğunu söyləmişdir. Elə bu səbəbdən də turizm sahəsində ATİ ilə Sarbonna Universiteti arasında ikitərəfli əlaqələri ehtiva edən layihələrin, daha doğrusu, Fransada Azərbaycanın turizm potensialı ilə daha çox maarifləndirmə işlərinin aparılması sahəsində razılıq əldə edilmişdir.
Belçikalı qonaqlar Beynəlxalq Humanitar Forum çərçivəsində Quba şəhərində aşkar edilmiş soyqırım qurbanlarının kütləvi məzarlığını da ziyarət etmişlər.
Onlar gördükləri mənzərədən məyus olduqlarını qeyd etmiş və erməni vəhşiliyinin Fransa xalqına çatdırılmasında üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklərini bildirmişlər.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında