Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun Ayətullah Nasir Məkarim Şirazinin fikirləri ilə bağlı mətbuata açıqlaması

Ayətullah Nasir Məkarim Şirazinin Azərbaycanda dini durumla bağlı fikirləri əsassız və qərəzlidir. Din xadimi adına yaraşmayan və böhtan xarakterli bu cür fikirlərin altında hansı məkrli niyyətlərin dayandığını müəyyən etmək çətin deyil. Çünki bu şəxsin və onun kimilərin həqiqəti məqsədli şəkildə təhrif edərək, Azərbaycanla bağlı böhtanlar yayması və dindarları dövlətə qarşı qoymaq cəhdləri ilk dəfə baş vermir.  
Azərbaycanda heç vaxt islamafobiya olmayıb və ola da bilməz. Eyni zamanda, məscidlərin dağıdıldığını və insanların ibadət evlərinə getməsinə qadağa qoyulduğunu iddia etmək absurddur. Görünür, bu şəxs adına və tituluna yaraşmayan, amma yerinə yetirməyə borclu olduğu "vəzifə"ni yalan və böhtanla da olsa, icra etməyə çalışır. Lakin hər kəs bilməli və qəbul etməlidir ki, Azərbaycan dünyəvi dövlətdir və dünyəvi qanunlarla idarə olunur. Bu ona görədir ki, din siyasiləşməsin, müqəddəsliyini, azadlığını və paklığını qoruyub saxlasın. Eyni zamanda, heç kim başqa ölkələrin dövlət-din münasibətlərini Azərbaycana ixrac etmək fikrinə düşməməlidir.
Müsəlmanları məzhəblərə bölmək, onları üz-üzə qoymaq heç kəsə, xüsusilə din xadimi adını daşıyan şəxsə başucalığı gətirmir. Biz bu şəxsdən və onun kimi düşünənlərdən fərqli olaraq, müsəlmanları məzhəblərə bölmürük. Əgər kimsə belə bölgü aparırsa, bu, onun səviyyəsini, İslama münasibətini və nə niyyət güddüyünü göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında