Bakıda keçirilən beynəlxalq konfransda layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu müzakirə edilmişdir

Oktyabrın 26-da Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) təşkilatçılığı ilə "Layiqli əməyin təminatında Dövlət Məşğulluq Xidmətinin rolu: müasir yanaşmalar və prioritetlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. 
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, məqsəd layiqli əməyin təmin olunmasında Şərqi və Mərkəzi Avropa ölkələrinin dövlət məşğulluq orqanlarının gördüyü işlərin nəticələri haqqında təqdimatların dinlənilməsi, regional əməkdaşlığın gücləndirilməsi, fikir və təcrübə mübadiləsinin aparılmasıdır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirmişdir ki, son 20 ildə ölkədə sosial rifahın təmin olunması, o cümlədən yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması sahəsində mühüm işlər görülmüş, yoxsulluq səviyyəsi kəskin şəkildə aşağı enərək 9 faizə, 950 mindən çox yeni iş yerinin açılması nəticəsində işsizlik səviyyəsi 5,5 faizə düşmüşdür. Nazir qarşıda duran vəzifələrdən, beynəlxalq əməkdaşlıqdan da danışmışdır.
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ƏƏSMN-in beynəlxalq təşkilatlarla əməkdaşlığını yüksək qiymətləndirmiş, belə tədbirlərin əmək və məşğulluq sahəsində siyasətin təkmilləşməsinə müsbət təsir göstərdiyini vurğulamışdır.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənclərin əmək bazarına çıxışına geniş imkanların yaradılması sahəsində görülən işlərdən danışmışdır.
Konfransda mövzu ilə bağlı çıxışlar olmuş, fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında