Bu gün Azərbaycan idmançıları mötəbər beynəlxalq turnirlərdə, olimpiadalarda uğurla çıxış edirlər

Oktyabrın 26-da Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin üzvləri ilə görüşmüşdür.
O.Əsədov bu cür görüşlərin əhəmiyyətini xüsusi vurğulamışdır. Qeyd olunmuşdur ki, bu günlərdə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının 20 illiyini qeyd edir. Bu dövrdə həyatın bütün sahələrində olduğu kimi, idmanda da xeyli nailiyyətlər əldə edilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinə sədr seçildikdən sonra bu sahədə ciddi dönüş yaranmışdır. Ölkədə yeni-yeni idman qurğuları, Olimpiya İdman kompleksləri inşa edilmiş, Azərbaycanın idman siyasətinin əsas hədəfləri müəyyənləşdirilmişdir. Bu gün ölkə idmançıları mötəbər beynəlxalq turnirlərdə, olimpiadalarda uğurla çıxış edirlər. Azərbaycan beynəlxalq səviyyəli idman tədbirlərinin keçirilməsinə ev sahibliyi edir.
Biz Avropa idman jurnalistlərinin, o cümlədən bu sahədə ixtisaslaşmış dünya jurnalistlərinin Bakıya səfərlərini müsbət qiymətləndirir, ölkəmizin idmandakı uğurlarının geniş ictimaiyyətə çatdırılması baxımından əhəmiyyətli hesab edirik.
Dünya İdman Jurnalistləri İttifaqının rəhbəri Cannin Merko və Avropa İdman Jurnalistləri İttifaqının İcraiyyə Komitəsinin prezidenti Yannis Daras Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını söylədilər. Bildirilmişdir ki, ölkəmizin qısa zaman kəsiyində idman sahəsində əldə etdiyi nailiyyətlər təcrübə mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu nailiyyətlərlə yerində tanış olmaq, Azərbaycanda keçirilən idman tədbirlərini müşahidə etmək jurnalistlər üçün çox önəmlidir.
Qonaqlar Avropa İdman Jurnalistləri İttifaqı İcraiyyə Komitəsinin toplantısının Bakıda keçirilməsini və gələcəkdə dünya jurnalistləri üçün belə bir konqresin Azərbaycanda təşkilini əhəmiyyətli hesab etmişlər. Qeyd olunmuşdur ki, bu, idman sahəsində ixtisaslaşmış jurnalistlərin ölkəmizə olan böyük marağından xəbər verir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digər rəsmi şəxslər iştirak etmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında