Nəvaz Şərif: Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasında regional və beynəlxalq problemlərin həllinə töhfə verəcəklərinə inanıram

Türkiyədə səfərdə olan Pakistanın sabiq Baş naziri və Ana Müxalifət Partiyasının sədri Nəvaz Şərif AzərTAc-ın xüsusi müxbirinin suallarını cavablandırmışdır.
İki dost ölkə - Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı Nəvaz Şərif demişdir: "Mən dost Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Bu mötəbər təşkilata üzvlük ölkələrimiz üçün əlamətdar hadisədir. Azərbaycanın və Pakistanın BMT Təhlükəsizlik Şurasında regional və beynəlxalq problemlərin həllinə töhfə verəcəklərinə inanıram".
N.Şərif Pakistan hökumətinin başçısı olduğu illərdə dahi siyasətçi Heydər Əliyev ilə görüşlərini də xatırlatmış, beynəlxalq məsələlərdə Azərbaycan ilə Pakistanın mövqelərinin üst-üstə düşdüyünü qeyd etmişdir. Pakistanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini deyən siyasətçi ölkələrimiz arasında bundan sonra da BMT və digər beynəlxalq təşkilatlarda əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulamışdır.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında