Amerika şirkəti Azərbaycanda nümayəndəliyini açmışdır

Bu gün "Harley - Davidson" şirkətinin ABŞ və bir sıra digər xarici ölkələrdəki nümayəndəlikləri uğurla fəaliyyət göstərir. Şirkət müasir motosikl istehsalı sahəsində böyük şöhrət qazanmışdır. 8700 nəfər işçisi olan şirkət eyni zamanda 1912-ci ildən etibarən yolda və adi həyatda istifadə etmək üçün nəzərdə tutulan geyimlərin satışı ilə də məşğuldur. Bura motosikli idarəetmə zamanı geyinilən cod paltarlar da daxildir.
"Harley - Davidson"un respublikamızdakı rəsmi dileri "Azman Co." şirkəti rəsmi qeydiyyatdan 2008-ci ilin iyun ayında keçmişdir. Lakin şirkətin aktiv fəaliyyətinə bir il sonra, 2009 cu ilin iyun ayından start verilmişdir. Qısa müddət ərzində şirkət Çinin bir neçə iri motosiklet və motosiklet aksessuarları istehsalçılarının rəsmi nümayəndəliyini əldə etmişdir. Artıq bu ilin sentyabr ayında şirkətin Badamdarda yerləşən satış salonu motosiklet həvəskarlarının istifadəsinə verilmişdir. Bu satış salonunda təqdim olunan bütün texnikaya zəmanət verilir.Həmçinin salonun nəzdində texniki xidmət mərkəzi də fəaliyyət göstərir.
2009-cu ilin noyabr ayının ortalarında İtaliyanın Milan şəhərində keçirilən motosiklet sərgisində əldə olunmuş razılığa əsasən, "Azman Co." şirkəti Avropanın və Amerikanın bir neçə tanınmış motosiklet, geyim və aksessuar brendlərini Azərbaycan bazarında öz müştərilərinə təqdim edəcək.
Ötən həftənin sonunda "Azman Co." şirkətinin rəsmi fəaliyyəti ilə bağlı mərasim keçirilmişdir.Tədbirdə şirkətin istehsalı olan motosikletlərə baxış maraqla qarşılanmışdır.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında