Pilot layihədə iştirak edəcək ailələrə cari ilin noyabrında birdəfəlik ünvanlı sosial yardım veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış ictimai şura oktyabrın 24-də növbəti iclasını keçirmişdir. 
Birdəfəlik Ünvanlı Sosial Yardım - "Özünədəstək" pilot layihəsinə həsr olunmuş iclasda layihənin sınaq işlərinin digər pilot rayonlarda davam etdirilməsi istiqamətində görülən işlər, habelə ünvanlı sosial yardım üçün alternativ müraciət mexanizmlərinin tətbiqi müzakirə olunmuşdur. Məlumat verilmişdir ki, bu mexanizmlərin pilot rayonlar olaraq Cəlilabad və Balakən rayonlarında tətbiqinə də başlanılmışdır.
İclasda bildirilmişdir ki, "Özünədəstək" layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Qubanın hər birində ünvanlı sosial yardım alan ailələr haqqında toplanmış məlumat bazasından təsadüfi üsulla 90 ailə seçilmişdir.
Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılmış, onların seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün plan tərtib edilmişdir.
Qeyd olunmuşdur ki, pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün cari ilin noyabrında birdəfəlik ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında