Azərbaycan Hökuməti və Dünya Bankı arasında Su İstifadəçiləri Birliklərinin İnkişafının Dəstəklənməsi Layihəsi imzalanmışdır

Oktyabrın 25-də Azərbaycan Hökuməti və Dünya Bankı arasında Su İstifadəçiləri Birliklərinin İnkişafının Dəstəklənməsi Layihəsi (SİBL) üçün 76,8 milyon ABŞ dolları məbləğində Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) krediti və 3,2 milyon ABŞ dolları məbləğində Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının krediti üzrə hüquqi sazişlər imzalanmışdır.
Sənədləri Azərbaycan tərəfindən maliyyə naziri Samir Şərifov, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə, qarşı tərəflərin adından isə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Jozef Ouen imzalamışlar.
Hökumət tərəfindən maliyyələşəcək 34,3 milyon ABŞ dolları da nəzərə alınmaqla layihənin ümumi dəyəri 114,3 milyon ABŞ dollarıdır.
Layihənin Azərbaycanın 27 rayonunda yerləşən 760 min kiçik çaplı fermer təsərrüfatlarında məhsuldarlığın artırılmasına xidmət edəcəyi gözlənilir. Buna Dünya Bankının yeni maliyyələşdirməsi ilə dəstəklənən ölkənin fermer təsərrüfatı üçün irriqasiya və drenaj şəbəkəsinin bərpası və müvafiq potensialın yaradılması sayəsində nail olunacaq. Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən icra olunacaq yeni layihə Dünya Bankının bu dəstəyinin geniş əraziləri və ölkədəki su istifadəçilərinin əhəmiyyətli hissəsini əhatə etməsini təmin edəcək.
SİBL təsərrüfatlar arası suvarma sisteminin idarə olunması üzrə cavabdeh qurum olan Su İstifadəçiləri Birliklərinin potensialının gücləndirilməsinə yönəlmişdir. Bu layihə təxminən 900 min hektarda yerləşən 379 birliyə öz üzvlərinə su təchizatını yaxşılaşdırmaq üçün dəstək göstərəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında