Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Ədalət mühakiməsinin səmərəli həyata keçirilməsində və vətəndaşların pozulmuş hüquqlarının bərpasında mühüm əhəmiyyət kəsb edən məhkəmə qərarlarının icrası işinin daha da təkmilləşdirilməsi daim diqqətdə saxlanılaraq, bu sahədə qanunvericilik əsaslı şəkildə yenilənmiş, icra məmurlarının hüquqları genişləndirilmiş, o cümlədən məhkəmə qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilmişdir.
Məhkəmə qərarlarının vaxtında və tam icrasına nail olunması, icradan yayınma hallarının qarşısının alınması üzrə təsirli tədbirlər görülərək, təkcə bu ilin 9 ayı ərzində icradan yayınan 1200-dən çox şəxs inzibati, 164 nəfər isə cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Vətəndaşların şərəf və ləyaqətini ləkələyən, nüfuzuna xələl gətirən, böhtan xarakterli, təhqir və əsassız ittihamlarla dolu məlumatların dərc olunmasına görə "Xural" qəzetinə qarşı məhkəmələrdə dəfələrlə iddialar qaldırılaraq qərarlar çıxarılmış və icraya yönəldilmişdir.
"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı vətəndaş Hümbətova Nüşabə Ələsgər qızının, "Azərbaycan" Nəşriyyatı və vətəndaş Ağabəy Əsgərovun, vətəndaş Vüqar Səfərlinin şərəf və ləyaqətini alçaldan, nüfuzuna xələl gətirən məlumatlarla bağlı təkziblərin verilməsi və onlara dəymiş mənəvi ziyana görə kompensasiyaların ödənilməsi ilə bağlı çıxarılmış 3 məhkəmə qərarının icrasından imtina etmiş, icra məmurları tərəfindən mütəmadi olaraq rəsmi xəbərdarlıqların edilməsinə, müvafiq izahların verilməsinə və digər icra tədbirlərinin həyata keçirilməsinə, hətta 2 dəfə inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq, məhkəmə qərarlarında nəzərdə tutulan tələblərin icrasından uzun müddət boyun qaçırmışdır.
Bununla əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qərəzli şəkildə icra etmədiyinə görə "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi başlanılmış və istintaq aparılır.
Məhkəmə qərarlarının vaxtında və tam icrası üzrə görülən ardıcıl və qəti tədbirlər bundan sonra da davam etdiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında