Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri davam etdirilir

Vətəndaş Hüseynov Aydın Zəkər oğlunun Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanmışdır.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, Aydın Hüseynov "161-Qaynar xətt" əlaqə mərkəzinə zəng edərək qızı Aidə Hüseynovanın üzərində apardığı cərrahiyyə əməliyyatının müqabilində Azərbaycan Tibb Universitetinin "Uşaq cərrahlığı" kafedrasının assistenti İsmayılov Mahmud Uğurlu oğlunun ondan rüşvət istəməsi barədə məlumat vermişdir.
Müəyyən edilmişdir ki, Mahmud İsmayılov Bakı şəhər sakini Aidə Hüseynovanın üzərində 2011-ci il oktyabrın 7-də qeyd olunan kafedrada apardığı cərrahiyyə əməliyyatının müqabilində Aydın Hüseynovdan 1000 manat pul istəmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mahmud İsmayılov oktyabrın 24-də özünə məxsus avtomaşında 550 manat pulu Aydın Hüseynovdan rüşvət kimi alarkən cinayət başında yaxalanmışdır.
Törətdiyi cinayət əməlinə görə Mahmud İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında