Azərbaycanın ilk sərhədçi generalı 90 yaşını qeyd edir

Oktyabrın 25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilmişdir.  
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev Mustafa Nəsirovun keçdiyi şərəfli həyat yolundan danışmışdır.
Bildirilmişdir ki, 1921-ci ildə qədim Dərbənddə anadan olan Mustafa Nəsirov ilk pedaqoji təhsilini Dərbənddə almışdır. Bir müddət işlədikdən sonra təhsilini davam etdirmək üçün Mahaçqalaya getmişdir. 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilən M.Nəsirov, ölkədə müharibə getdiyi üçün üçillik kursu doqquz aya başa vuraraq Orta Asiya Sərhəd Dairəsində xidmətə başlayır.
Həyatının yarısından çoxunu Sərhəd Qoşunlarına həsr etmiş Mustafa Nəsirov 1964-cü ildə polkovnik rütbəsi almış və Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin edilmişdir. Bununla da keçmiş SSRİ Sərhəd Qoşunlarında yüksək vəzifələrə təyin olunmuş ilk azərbaycanlı olmuşdur. M.Nəsirov ulu öndər, ümummilli liderimiz Heydər Əliyevin azərbaycanlı zabitlərin inkişafına xüsusi diqqət və qayğısı sayəsində general-mayor ali hərbi rütbəsinə layiq görülmüş, müxtəlif orden və medallar, fəxri fərmanlarla təltif edilmişdir.
Xüsusi vurğulanmışdır ki, general bütün xidməti boyu Vətən, xalq və dövlət qarşısında müqəddəs borcunu şərəf və vicdanla yerinə yetirmiş, gənc zabitlərə örnək və nümunə olmuşdur. Bu gün sərhədçilər onu bacarıqlı komandir, peşəkar mütəxəssis, prinsipial və yaradıcı zabit, səmimi insan və gözəl yoldaş kimi xatırlayırlar.
Mərasimdə çıxış edən DSX-in rəisi, Sərhəd Qoşunlarının Komandanı general-leytenant Elçin Quliyev Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə sərhədçiləri və xalqımızı təbrik etmişdir. Bildirilmişdir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin uğurudur.
Yubilyarı təbrik edən E.Quliyev bildirmişdir ki, Mustafa Nəsirov Azərbaycanın bugünkü sərhədçilərinə və akademiyanın müdavimlərinə canlı örnəkdir.
Sonra general-leytenat Elçin Quliyev Mustafa Nəsirovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını oxumuşdur.
Prezident İlham Əliyevin təbriklərini Mustafa Nəsirova çatdıran Elçin Quliyev yubilyara "Şöhrət" ordenini təqdim etmişdir.
Mustafa Nəsirov ona göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonda "Doğma sahillər" filmi nümayiş etdirilmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında