Mərkəzi Seçki Komissiyası maarifləndirici plakatlar nəşr etdirmişdir

Mərkəzi Seçki Komissiyası (MSK) əvvəlki seçkilərdə olduğu kimi 2011-ci il noyabrın 30-na təyin edilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilərlə də bağlı maarifləndirmə proqramı həyata keçirir. 
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, həmin proqrama daxil olan layihələrdən biri də seçicilərin məlumatlandırılması məqsədi daşıyan plakatların çap edilərək aşağı seçki komissiyalarına çatdırılmasıdır. Sözügedən seçkilərin hazırlanıb keçirilməsi ilə əlaqədar müxtəlif mövzuları əhatə edən plakatların seçki keçirilən yaşayış məntəqələrində, əhalinin sıx olduğu və diqqət çəkən yerlərdə asılması tövsiyə olunmuşdur.
Plakatlar seçici siyahılarında seçicilərin adlarını yoxlaması, internetdə seçici axtarış sistemi, seçkilərə çağırış, səsvermə prosedurları və onların tərkib hissələrinə daxil olan müxtəlif məqamlar, seçicilərin seçki günü atacağı addımlar və s. bu kimi mövzulara həsr olunmuşdur
Hazırda MSK tərəfindən hazırlanaraq nəşr olunmuş bu maarifləndirmə vasitələrinin aşağı seçki komissiyalarına çatdırılması prosesi davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında