Azərbaycan Gənclərinin VI Forumunda üç ilin nəticələrinə nəzər salınacaqdır

Azərbaycan Gənclərinin VI Forumu işinə 2011-ci ilin aprel ayından başlamışdır. Məhz aprel-sentyabr ayları ərzində gənclərin iştirakı ilə müxtəlif tədbirlər, respublikanın rayon və şəhərlərində, eləcə də Bakıda konfranslar, zona toplantıları keçirilmişdir. 
Konfrans və toplantılarda respublikanın bütün rayon və şəhərlərindən VI Forumun yekun iclasında iştirak edəcək 1601 namizəd seçilmişdir. Ən böyük nümayəndə heyətləri Bakı (531), Sumqayıt (70) və Gəncə (38) şəhərlərindəndir.
Forumda ölkə gənclərinin bütün təbəqələrini təmsil edən qeyri-hökumət təşkilatları nümayəndələri, tələbələr, gənc alimlər, istedadlı və yaradıcı gənclər, gənc sahibkarlar iştirak edəcəklər.
Forumun yekun iclasında ötən forumdan keçən 3 il ərzində dövlət gənclər siyasətinin prioritet sahələrində qazanılmış uğurlar, inkişaf və əldə olunmuş nəticələr təhlil ediləcək, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramından irəli gələn vəzifələr, Azərbaycan gəncliyinin aktual problemləri müzakirə olunacaq, təkliflər səsləndiriləcəkdir. Forumun iclasında yekun sənədlərin - qətnamə və forum nümayəndələrinin Azərbaycan gənclərinə müraciəti qəbul ediləcəkdir.
Forumun yekun iclası yaradıcı gənclərin konserti ilə davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında