Azərbaycanın Mərkəzi Bankında Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş olmuşdur

Mərkəzi Bankın sədri Elman Rüstəmov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
E.Rüstəmov ölkədə hazırkı makroiqtisadi vəziyyət, 2012-ci il üçün pul və məzənnə siyasəti, maliyyə sabitliyinin gücləndirilməsi istiqamətində görülmüş tədbirlər barədə ətraflı məlumat vermişdir.
Görüşdə, dünyada gedən son iqtisadi proseslər və onların Azərbaycana potensial təsiri, adekvat siyasət reaksiyası barədə məsələlər də müzakirə edilmişdir.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Nadim İlahi 2011-ci ildə ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyini müsbət qiymətləndirmişdir. O, bu nəticələrə nail olunmasında Mərkəzi Bankın yürütdüyü pul və məzənnə siyasətinin rolunu qeyd etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında