Akademik Arif Paşayev Beynəlxalq Mühəndislik Akademiyasının ən yüksək mükafatına - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür

Bu günlərdə Moskvadakı Konqres- mərkəzdə Beynəlxalq Mühəndislik Akademiyasının (BMA) illik hesabat yığıncağı keçirilmiş və tədbirdə qurumun 2010-2011-ci illər üzrə hesabatı dinlənilmişdir. 
Tədbirdə hesabat məruzəsi ilə akademiyanın prezidenti, akademik B.Qusev çıxış etmişdir.
Hesabat məruzəsi ətrafında aparılan müzakirələrdən sonra təşkilati məsələlərə baxılmış və yekdilliklə akademik B.Qusev yenidən akademiyanın prezidenti, akademik Arif Paşayev isə BMA-nın vitse-prezidenti seçilmişlər.
BMA-nın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş tədbirdə akademiyanın üzvlərinə mükafatlar verilmişdir.
Akademik Arif Paşayev akademiyanın ən yüksək mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür. Əhəd Canəhmədov BMA-nın "Böyük qızıl", Arif Mehdiyev və Havar Məmmədov "Mühəndislik rəşadəti", Natiq Cavadov və Hüseynqulu Bağırov "Mühəndislik şöhrəti", Gülçöhrə Məmmədova isə "BMA-nın XX illik yubileyi" medallarına layiq görülmüşlər.
BMA-ya Azərbaycandan 6 yeni üzv - Əli Abbasov, Hüseynqulu Bağırov, Gülçöhrə Məmmədova (həqiqi üzv), Qərib Məmmədov, Rövnəq Abdullayev və Ədalət Səmədov (müxbir üzv) seçilmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında