Azərbaycan səfiri etimadnaməsini Çili Prezidentinə təqdim etmişdir

Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə həmçinin Çili Respublikasında akkreditə olunmaqla bağlı etimadnaməsini bu ölkənin Prezidenti Sebastian Pineraya təqdim etmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, diplomat Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Çili Prezidentinə çatdırmışdır.
M.Əhmədzadə ölkəmizin müstəqillik dövründə keçdiyi yol, hazırkı reallıqları, əldə etdiyi yüksək nailiyyətlər, regional proseslər, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz barədə Çilinin dövlət başçısına məlumat vermişdir. Səfir Azərbaycanın xarici siyasət prioritetləri, Latın Amerikası regionuna göstərdiyi diqqət, bu çərçivədə ölkəmizin Çili ilə əməkdaşlığa verdiyi önəm və bu əməkdaşlığın perspektivləri barədə danışmışdır.
Çili Prezidenti S.Pinera da salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdırmağı xahiş etmişdir. Azərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirən Çili Prezidenti Azərbaycanı Xəzər bölgəsinin ən əhəmiyyətli və dinamik inkişafa malik ölkələrindən biri kimi dəyərləndirmiş, ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bildirmişdir. S.Pinera əlaqələrin inkişafı üçün hər iki ölkənin malik olduğu geniş potensialın reallaşdırılmasının məqsədəuyğun olduğunu demişdir.
M.Əhmədzadə Çili xarici siyasət idarəsində, Energetika, Ədliyyə nazirliklərində, parlamentdə, Diplomatik Akademiyada, bu ölkənin xarici ticarət və investisiyaların təşviqi agentliyi olan ProChile və ən iri biznes qurumu SOFOFA-da da görüşlər keçirmişdir. Söhbətlərdə iki ölkə arasında əməkdaşlığın perspektivləri, səfərlərin mübadiləsi, müqavilə-hüquq bazasının inkişafı, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər, habelə qarşılıqlı maraq kəsb edən digər mövzular müzakirə olunmuşdur

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında