Azərbaycan Həştərxandakı Heydər Əliyev adına orta məktəbin şagirdləri və müəllimləri üçün təqaüd ayıracaqdır

Həştərxanda Heydər Əliyev adına orta məktəbin açılışı olmuşdur.

{nl}

Heydər Əliyev adına orta məktəbin əsaslı təmirdən sonra açılışını Həştərxanda yaşayan azərbaycanlılar üçün tarixi hadisə kimi səciyyələndirən təhsil naziri Misir Mərdanov bildirmişdir ki, bu, böyük dövlət xadiminin xatirəsinə dərin hörmətin göstəricisidir. "Hər birimiz fəxr edirik ki, xalqımızın böyük oğlu Heydər Əliyevin adı yalnız Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da böyük hörmətlə çəkilir. Əlamətdar haldır ki, bu məktəbin əsaslı təmiri Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan dövlətinin dəstəyi ilə həyata keçirilmişdir"- deyə nazir qeyd etmişdir.
Təhsil naziri bildirmişdir ki, burada Həştərxanda yaşayan və Azərbaycan tarixini, mədəniyyətini öyrənmək istəyən azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi təşkil olunacaqdır. "Azərbaycanın Təhsil Nazirliyi bu məktəblə daim sıx əlaqə saxlayacaq və əməkdaşlıq edəcəkdir. Bu məktəb Bakının Nərimanov rayonundakı ümumtəhsil ocaqlarından biri ilə qardaşlaşacaqdır" - deyən nazir iki məktəb arasında şagird və müəllimlərin qarşılıqlı səfərlərinin təşkil olunacağını da söyləmişdir.
M.Mərdanov onu da qeyd etmişdir ki, Azərbaycan hər il bu məktəbin 10 ən yaxşı şagirdi üçün təqaüd müəyyən edəcəkdir. "Təhsildə uğurları çox olan şagirdlərə ayda 15 min rubl, beş ən yaxşı müəllimə isə ayda 30 min rubl təqaüd ayrılacaqdır. Bunda məqsəd tədris prosesini stimullaşdırmaqdır".
Nazir həmçinin, əlavə etmişdir ki, hər il yay tətilində qardaşlaşmış məktəblər arasında istirahət üçün şagird və müəllim mübadiləsi nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında