Almatıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı "Kazaxıstanskaya pravda" qəzetində geniş şərh olunmuşdur

Astanada rus dilində nəşr edilən "Kazaxıstanskaya pravda" qəzetində Almatıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı haqqında geniş məqalə dərc olunmuşdur. 
Qəzet yazır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Qırğız Prezidenti Roza Otunbayeva və Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağın iştirakı ilə keçirilmiş yeni beynəlxalq təşkilatın I Zirvə Toplantısı çox uğurlu olmuşdur.
Qəzet yazır: "Zirvə Toplantısından sonra mətbuata verilən bəyanatda Qazaxıstan Prezidenti demişdir ki, Almatıda qəbul edilən qərarlar dost ölkələrimizin gələcəkdə də səmərəli əməkdaşlığına öz töhfəsini verəcək, iqtisadi sahədə əlaqələrimizin daha da möhkəmlənməsinə, qlobal maliyyə böhranının ikinci dalğasına qarşı birgə mexanizmlərin yaradılmasına kömək edəcəkdir".
Yazıda qeyd olunmuşdur ki, türkdilli dövlətlər arasında münasibətlərin dərinləşdirilməsi üçün Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılmış Türk Parlament Assambleyası, Ağsaqqallar Şurası əlaqələrimizin inkişafına təkan verir. Astanada Türk Akademiyasının yaradılması isə ümumi köklərimizi və tariximizi öyrənmək, mədəniyyətimizin daha da inkişaf etdirilməsi baxımından çox səmərəlidir və Qazaxıstan bu elm mərkəzinin məhsuldar işləməsi üçün hər cür kömək göstərir".
Məqalədə vurğulanmışdır ki, Nursultan Nazarbayev Türk Akademiyasının daha da məhsuldar işləməsi üçün türkdilli dövlətləri bu elm mərkəzinin işində fəal iştirak etməyə çağırmışdır. Qazaxıstan dövlətinin başçısı demişdir ki, Avrasiya məkanında yaşayan türk dünyasını 40 xalqın 200 milyon nümayəndəsi birləşdirir. Türklər insanlığın tarixi və mədəniyyətinə böyük töhfələr vermişlər.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Almatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında