Türkiyənin Hakkari vilayətində 53 PKK terrorçusu öldürülmüşdür

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı irimiqyaslı əməliyyatı davam etdirir
APA-nın "TRT" kanalına istinadən yaydığı məlumata görə, Hakkarinin Kazan vadisində həyata keçirilən əməliyyatda 53 terrorçu öldürülüb. Əməliyyatın təfərrüatları açıqlanmır. İlkin məlumata görə, pilotsuz kəşfiyyat təyyarələri terrorçuların yerini müəyyənləşdirdikdən sonra vertolyotla əraziyə xüsusi təyinatlı birləşmələr göndərilib. Bundan başqa, Hərbi Hava Qüvvələri səhər saatlarından etibarən Kazan vadisini aramsız bombardman edir.
Qeyd edək ki, Türkiyə mətbuatı bundan əvvəl daha 7 terrorçunun bombardmanlardan ölməsi barədə məlumat yaymışdır. Öldürülən terrorçular arasında PKK-nın rəhbərliyində təmsil olunan üç nəfər də var.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında