Bakıda süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş "Qadın sağlamlığını qoruyaq" aksiyası

Oktyabrın 22-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin (MOM) "Qadın dünyası" şöbəsi Heydər Əliyev Fondunun dəstəyi ilə süd vəzisi xərçəngi ilə mübarizəyə həsr edilmiş "Qadın sağlamlığını qoruyaq" aksiyası keçirmişdir.
Beynəlxalq süd vəzi xərçəngi haqqında maarifləndirmə ayı çərçivəsində ölkəmizdə ilk dəfə keçirilən aksiya paytaxtın Nizami və Səməd Vurğun küçələrinin kəsişməsi, Dəniz Limanının binasının qarşısından və Azneft meydanından başlamışdır. Aksiya iştirakçıları ictimaiyyətin diqqətini süd vəzisi xərçəngi probleminə cəlb etmiş və bu xəstəliklə mübarizə aparan insanlara dəstək olmuşlar.
Aksiyanın məqsədi respublikada süd vəzinin xərçəngi xəstəliyinin vaxtında diaqnostikasını təkmilləşdirmək və ölüm hallarının sayını azaltmaq məqsədilə xəstəlik, risk amilləri və özünümüayinə üsulları haqqında bilik səviyyəsini artırmaqdan ibarətdir.
Çəhrayı libas geyinən yürüş iştirakçıları və MOM-un əməkdaşları xəstəlik və ən sadə profilaktika üsulları haqqında məlumatları özündə əks etdirən broşürləri paytaxt sakinlərinə paylamışlar.
Bakı sakinləri aksiyanın əhəmiyyətini profilaktik tədbirlər baxımından yüksək qiymətləndirmişlər.
Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda xəstəliyin müalicəsi və diaqnostikası sahəsində mövcud olan müasir imkanlar haqqında məlumat verən videoçarx nümayiş etdirilmişdir.
Sonda Dənizkənarı Milli Parkda aksiyaya həsr olunmuş konsert proqramı təşkil edilmişdir.
Dünya Səhiyyə Təşkilatı 1993-cü ildən etibarən oktyabr ayını süd vəzisi xərçəngi ilə mübarizə ayı elan etmişdir. Bir çox ölkələrin ictimai təşkilatları və hakimiyyət strukturları ilin bu dövründə süd vəzisi xərçənginin profilaktikası və müalicəsi məsələlərinə diqqəti artırırlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında