Amerikada yaşayan soydaşlarımız Respublika Gününü geniş qeyd etməyə hazırlaşırlar

ABŞ-da yaşayan azərbaycanlılar Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı günə-28 May Respublika Gününə ciddi hazırlaşırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinə (USAN) istinadən Diasporla İş Üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, ABŞ-da fəaliyyət göstərən diaspor təşkilatları ölkənin hər yerində kütləvi bayram tədbirləri keçirməyi planlaşdırırlar. Artıq ABŞ-ın ştat, federal və dairə rəsmilərinə məktublar, Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə dair bəyanatlar, bukletlər və broşürlər göndərilib.
ABŞ-ın müxtəlif şəhərlərində, xüsusilə də Vaşinqtonda, Nyu-Yorkda, Los-Ancelesdə və Hyustonda kütləvi tədbirlər keçirmək nəzərdə tutulub. Müxtəlif universitetlərdə Azərbaycan Xalq Cümhuriyyəti barədə informativ mühazirələr təşkil olunacaq. Mətbuat və kitabxanalara da Azərbaycan Xalq Cümhuriyyəti barədə məlumatlar göndəriləcək.
USAN-ın göndərdiyi məktublarda deyilir: "Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində ilk dünyəvi, parlamentli, demokratik müsəlman respublikası olub. Bu respublikada irqindən, etnik mənsubiyyətindən, cinsindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq bütün vətəndaşlar üçün bərabər hüquqlar, o cümlədən səs və təmsilçilik hüququ tətbiq edilib. Bütün etnik və dini qruplar hakimiyyətin mühüm qolu olan milli parlamentdə təmsil olunublar".
Diaspor nümayəndəsi Samir Əmirov Azərbaycan Xalq Cümhuriyyətinin dünyadakı bütün azərbaycanlıların iftixarı olduğunu bildirib: "Bu respublikanın iki il ömrü olub, amma onunla fəxr etməyə dəyər".

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında