Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü barədə səsvermə oktyabrın 24-də olacaqdır

Oktyabrın 21-də BMT Baş Məclisi sessiyasının plenar iclasında Təhlükəsizlik Şurasında beş qeyri-daimi üzv yerinə seçkilər keçirilmişdir.
Səhər saat 10-dan axşam saat 19-dək davam edən iclasda gizli səsvermələrdə Mərakeş, Pakistan və Toqo qurumda Afrika və Asiya-Sakit Okean bölgəsini, Qvatemala Latın Amerikası və Karib adalarını təmsil etmək hüququ qazanmışdır. Şərqi Avropa blokunun təmsilçisi isə müəyyən edilməmişdir. Xatırladaq ki, Azərbaycan, Sloveniya və Macarıstan Təhlükəsizlik Şurasında üzvlük müddəti başa çatan Bosniya və Herseqovinanı əvəz etmək üçün seçkiyə qatılmışdır. Gizli səsvermənin ilk mərhələsində Macarıstan digər iki rəqibinə nisbətən az səs toplayaraq mübarizədən kənar qalmışdır.
Daha sonra gün ərzində səsvermə Azərbaycan ilə Sloveniyanın namizədlikləri ilə bağlı olmuşdur. BMT Baş Məclisinin sədri Nasir Əbdüləziz əl-Nasir heç bir namizəd ölkənin 129 yetərsay toplamadığından üzv dövlətləri təkrarən səsverməyə qayıtmağa dəvət etmişdir. Gizli səsvermənin keçirilən doqquz mərhələsi nəticəsində Azərbaycan inamla irəliləyərək lehinə olan səslərin sayını 74-dən 113-dək artıra bilmişdir. Sloveniya isə, son mərhələdə yalnız 77 səs toplayaraq yetərsaydan bir qədər də uzaqlaşmışdır. Axşam saatlarında Azərbaycanın BMT-dəki daimi nümayəndəsi səfir Aqşin Mehdiyev səsverməni uzatmaq təklifi ilə çıxış etmişdir. Lakin saat 19-dək davam edən seçkidə yetərsaya nail olunmamışdır. Beləliklə, Baş Məclisin sədri BMT Təhlükəsizlik Şurasında sonuncu qeyri-daimi üzv yeri üzrə səsvermənin bazar ertəsinə keçirildiyini elan etmişdir. Gizli səsvermə oktyabrın 24-ü Nyu-York vaxtı ilə səhər saat 10-da davam edəcəkdir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Nyu-York


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında