Qazaxıstan qəzetləri Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfərini geniş şərh edir

Qazaxıstanda nəşr olunan qəzetlər Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri haqqında geniş materiallar vermişlər. 
Astanada rus dilində çap olunan "Kazaxstanskaya pravda" qəzeti yazır ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və Azərbaycan dövlətinin başçısı İlham Əliyevin görüşündə iqtisadiyyat, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin daha da genişləndirilməsi, beynəlxalq və regional səviyyədə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.
Qəzet dövlət başçılarının çıxışlarından sitatlar vermişdir.
Nursultan Nazarbayev bildirmişdir ki, Azərbaycan Qafqaz regionunda bizim üçün dost və qardaş ölkə, Qazaxıstanın əsas tərəfdaşıdır.
İlham Əliyev isə demişdir ki, dövlətlərimiz sürətli iqtisadi inkişafa və siyasi sabitliyə nail olmuşdur. Qazaxıstan bütün sahələrdə böyük uğurlar əldə etmişdir, ölkə dinamik və səmərəli surətdə inkişaf edir.
Almatıda nəşr edilən "Ekspres-K" qəzeti isə yazır ki, Azərbaycan ilə əməkdaşlığın əsas istiqamətlərindən biri də Xəzər dənizi vasitəsilə Qazaxıstandan neft və neft məhsullarının Qafqaz, Qara dəniz və Avropaya nəqlidir. Neft və qazın istismarı və emalı sahəsində Azərbaycan mütəxəssislərinin böyük təcrübəsindən bəhrələnmək istiqamətində də əməkdaşlığımız davam etdiriləcəkdir.
Qəzet bildirir ki, yeni Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Türkiyədən Xəzər dənizinədək uzanması Qazaxıstan və Çindən yüklərin Avropaya və əks istiqamətə daşınması üçün böyük imkanlar açır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri
Astana

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında