Kür boyu ərazidə daşqından xilasetmə tədbirləri davam etdirilir

Kür və Araz çaylarında suyun səviyyəsinin yenidən artması təbii fəlakət bölgəsində vəziyyəti nisbətən gərginləşdirmişdir.
Bu barədə "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə məlumat verərək demişdir ki, Kür boyu ərazilərdə bəndbərkitmə tədbirləri gücləndirilmişdir. Araz və Kür çaylarında suyun qalxması su anbarlarında da ciddi vəziyyət yaratmışdır. Lakin vəziyyət nəzarət altındadır, səfərbər olunmuş qüvvələr Araz və Kür çaylarının sahilləri boyunca bəndlərin möhkəmləndirilməsi üçün intensiv iş aparırlar.
Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasının sədri Vəfadar Bağırov demişdir ki, bütün qüvvələr, səylər bəndlərin bərkidilməsinə yönəldilmişdir ki, təkrar subasma hallarına yol verilməsin. Vəziyyəti ciddiləşdirən səbəblərdən biri də Sarısu gölündə suyun səviyyəsinin qalxmasıdır. Küləkli hava göldə dalğalanma əmələ gətirmişdir ki, bu da müəyyən qədər təhlükə ehtimalı yaradır. Bununla belə xilasetmə qüvvələri daşqın sularının idarə olunması üçün ciddi tədbirlər görürlər.
Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev bildirmişdir ki, dalğalar küləklə müşayiət olunduğuna görə xilasedicilərin işlərini çətinləşdirmişdir. Ərazidə Müdafiə Nazirliyinin 2 min əsgəri, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bəndvurma işlərinə cəlb olunmuşlar. Sabirabadın Sarısu gölünün ətrafında yerləşən Naxırlı kəndinin əhalisi köçürülmüşdür. Gölün yaxınlığında olan Murazbəyli kəndinin köçürülməsinə də başlanılmışdır. Əhalinin mal-qarası da köçürülür. Əgər Sarısu gölündə su daşarsa mütəxəssislərin qənaətinə görə İmişlinin Allahmədətli, Telişli, Saatlının Kamallı, Hacıqasımlı, Musalı, Sabirabad rayonunun Muradbəyli və Çığırğan kəndlərini də su basa bilər.
Sabirabad rayonunun Çığırğan kəndində Kürün bəndinin aşması nəticəsində sahil zonasında gərgin vəziyyət yaranmışdı. Ən qısa müddətdə əlavə qoruyucu bənd möhkəmləndirilərək suyun kəndi basmasının qarşısı alınmışdır. Hazırda Kür çayından Sabirabad rayonu ərazisindən hər saniyədə 2450 kubmetr su keçir. Bu, çox böyük göstəricidir. Bir gün əvvəlkinə nisbətən Kürün səviyyəsi 3 santimetr qalxmışdır. Ən son məlumata görə Kür çayı Sabirabad rayonunun Azadkənd kəndi istiqamətində bəndi yarmışdır. Hazırda kəndin əhalisi köçürülür. Sakinlərin arzusuna uyğun olaraq, onlar digər kəndlərdəki qohumlarının evlərində yerləşdirilirlər. Fövqəladə Hallar, Müdafiə, Daxili İşlər nazirliklərinin, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin canlı qüvvələri və çoxsaylı texnikası Azadkənd kəndi istiqamətində dağılmış bəndin bərpası ilə məşğuldur.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında