Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin yeni inzibati binası istifadəyə verilmişdir

Xeyli vaxtdır ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun rayon şöbələri üçün ardıcıl olaraq yeni inzibati binalar tikilib istifadəyə verilir. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu günlərdə Fondun Sabunçu rayon şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir.
Tədbirdə DSMF sədri Səlim Müslümov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sığorta-pensiya sistemində aparılan uğurlu islahatlar nəticəsində 2011-ci ildə əhalinin sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq bu istiqamətdə mühüm addımlar atılmışdır. Cari ilin 1 iyulundan əvvəlki sistemlə təyin olunmuş pensiyaların yenidən hesablanması nəticəsində 900 min nəfərə yaxın əmək pensiyaçısının pensiyası orta hesabla 40 faiz artırılmışdır. Bununla da bütün pensiyaçılar yoxsulluq səviyyəsindən yuxarı olan pensiya almağa başlamışlar.
DSMF-nin rayon şöbələrində yaradılmış yeni infrastruktur barədə məlumat verən S.Müslümov nəzərə çatdırmışdır ki, bütün respublika ərazisində sistemin avtomatlaşdırılması və məlumatların xüsusi mühafizə olunan "mərkəzi server"də cəmləşdirilməsi son nəticədə insan amilinin rolunu aradan qaldırır, informasiya - kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmə səmrəliliyinin artırılmasına nail olunur. Son illər fondun 70-dən yuxarı rayon şöbələrində beynəlxalq standartlara cavab verən iş yerləri yaradılmış, müasir informasiya- kommunikasiya texnologiyaları tətbiq edilmişdir.
Hazırkı mərhələdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" nın icrası uğurla davam etdirilir. Proqramla müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində informasiya kommunikasiya texnologiyalarının tətbiqi vasitəsilə idarəetmədə səmərəliliyin artırılması xüsusi diqqət mərkəzində saxlanılmaqdadır.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Əlibaba Əliyev ölkəmizdə əhalinin sosial müdafiəsini gücləndirmək sahəsində həyata keçirilən tədbirlərdən danışmışdır. Ə.Əliyev yeni inzibati binanın istifadəyə verilməsini ölkəmizdə gedən iqtisadi inkişafın göstəricisinin nümunəsi kimi qiymətləndirmişdir.
Binanın açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları burada yaradılan şəraitlə tanış olmuşlar. S.Müslümov fondun rayon şöbəsinin işçilərinə sığortaolunanların sayını daha da artırmaq, işləyənlərin sosial sığortaya cəlb edilməsi istiqamətində fəaliyyətin daha da gücləndirilməsi üçün müvafiq tapşırıqlar vermişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında