ADA Kitab Mərkəzi ispan dilində film gecəsi keçirmişdir

Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzi "Azərbaycan-Latın Amerikası Gəncləri" İctimai Birliyi (ALAG) ilə birlikdə "İspan dilində film gecəsi - mədəniyyətlərarası dialoq" layihəsinə start vermişdir. 
ADA-nın mətbuat xidmətindən bildirmişlər ki, layihə ispan dilində filmin nümayişindən ibarətdir.
Tədbir iştirakçılarına 2010-cu ildə "Ən yaxşı xarici film" nominasiyasında Oskar mükafatı qazanmış "Gözlərindəki sirr" Argentina filmi təqdim edilmişdir. Filmin rejissoru Xuan Xose Kampanella olan filmdə baş rollarda Rikardo Darin, Soledad Villamil və Pablo Rago çəkilmişlər. İspan dilində nümayiş olunan filmin bütün mətni ingilis dilində subtitrlərlə verilmişdir.
Film nümayişindən əvvəl ADA Kitab Mərkəzi və ALAG İctimai Birliyi haqqında qısa təqdimat olmuş, iştirakçılara nümayiş etdiriləcək filmin süjet xətti, janrı, aktyor heyəti barədə qısa məlumat verilmişdir. Layihənin əsas məqsədi gənclərin dil bacarıqlarını və mədəniyyətlərarası dialoqu xarici dil əsasında praktiki şəkildə inkişaf etdirməkdir.
Özünəməxsusluğu ilə ədəbi ictimaiyyətin görüş məkanına çevrilmiş ADA Kitab Mərkəzi bu il aprelin 22-dən fəaliyyət göstərir. Mərkəzin yaradıcı, müasir üslublu dizaynı, geniş çeşiddə Azərbaycan, rus və ingilis dillərində kitabları bütün oxucuların diqqətini cəlb edir.
Qeyd edək ki, ALAG ictimai birliyi gənclərimizin xarici dilə, xüsusilə ispan və portuqal dillərinə mükəmməl yiyələnmək, Azərbaycan ilə Latın Amerikası gəncləri arasında ünsiyyətin artırılması, ispan dilli ölkələrlə dostluq əlaqələrinin qurulması məqsədi ilə fəaliyyət göstərir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında