Rəbiyyət Aslanova: "Avropa aqressivliyi, emosional yanaşma tərzini sevmir"

Bu sözləri Milli Məjlisin (MM) insan hüquqları komitəsinin sədri, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova demişdir.
Rəbiyyət Aslanova ATƏT PA-nın payız sessiyasında Azərbaycan nümayəndə heyətinin çox rahat, faktlara əsaslanan mövqe nümayiş etdirdiyini vurğulayaraq bildirmişdir: "Ancaq bizdən fərqli olaraq erməni tərəfi, xüsusilə, həmin ölkənin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Safaryan çox aqressiv şəkildə danışırdı və onun bu hərəkəti gülüş doğururdu".
Komitə sədri qeyd etmişdir ki, "həmsədrlər bizi birmənalı olaraq dəstəkləyirlər" kimi fikirlərdən uzaq olmalıyıq. Onlar bir sıra məqamlarda yenə ikili yanaşma nümayiş etdirirlər. Rəbiyyət Aslanova bildirmişdir ki, ATƏT PA-nın son payız sessiyasında həmsədrlər əyani şəkildə gördülər ki, Ermənistanı çıxmaq şərti ilə sözügedən qurumun 56 üzvü artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıdırlar.
"Düzdür, qurumun 56 üzvünün heç də hamısı eyni çəkiyə, eyni gücə, eyni nüfuza malik deyildir. Onların içərisində öz sözü, öz mövqeyi, öz nüfuzu güclü olanlarla yanaşı, nisbətən zəif olanları da vardır. Anjaq bu qurum daxilində son yaşananlar, ölkəmizin mövqeyinin açıq şəkildə dəstəklənməsi, əslində, dövlətimizin başçısının apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyadakı nüfuzunun güclənməsinin sübutudur", deyə - komitə sədri qeyd etmişdir.
R.Aslanova, eyni zamanda, bildirmişdir ki, bəlkə də ilk dəfə idi ki, ATƏT PA üzvləri bu münaqişənin həll olunmasında bu qədər birgə mövqe nümayiş etdirmək məsuliyyətini öz üzərilərinə götürürdülər. Bu isə heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəhayət ədalətli həlli yolunda uzun müddətdən bəri gözlənilən müsbət addımların atılacağına bir işarə sayıla bilər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında