Xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir

Oktyabrın 21-də "Save the Children" (Uşaqların Xilası) humanitar təşkilatının ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə reallaşdırdığı "Dayanıqlı dəyişiklik naminə birgə fəaliyyət" layihəsinin sona çatması ilə əlaqədar tədbir keçirilmişdir. 
AzərTAc xəbər verir ki, "Dayanıqlı dəyişiklik naminə birgə fəaliyyət" layihəsinin rəhbəri Sahib Məmmədov əsas məqsədin diqqəti Azərbaycanda aztəminatlı əhalinin qarşılaşdığı çətinliklərə cəlb edilməsi, qayğıya ehtiyacı olan uşaqlara daha güclü icma əsaslı dəstək sisteminin qurulması ilə onların tələbatlarını ödəmək olduğunu bildirmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Təhsil Nazirliyi, Azərbaycan Üçün Birgə Yardım (UAFA) təşkilatı ilə sıx əməkdaşlıq sayəsində 2004-cü ildən həyata keçirilən layihə çərçivəsində 12 rayonda uşaq və ailələrə dəstək mərkəzlərinin yaradılması ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlara yardım göstərmişdir.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva dövlət tərəfindən ailə, qadın və uşaqlarla bağlı müxtəlif proqramların və layihələrin həyata keçirildiyini bildirmişdir. Demişdir ki, dünya təcrübəsinə əsaslanan xidmətlərin Azərbaycana gətirilməsi, bu işin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir. AQUPDK-nin nəzdində olan uşaq və ailələrə dəstək mərkəzləri vasitəsilə qayğıya ehtiyacı olan aztəminatlı ailələrin hər zaman diqqət mərkəzində olduğunu deyən A.Sofiyeva, bu sahədə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi vurğulamışdır.
ABŞ-ın Azərbaycandakı səfiri Mətyu Brayzə qeyd etmişdir ki, layihə çərçivəsində 12 rayonda 30 min uşağın, 8 min ailənin həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək göstərilmişdir. Gələcəkdə icra olunacaq layihələrdən danışan M.Brayzə qeyd etmişdir ki, ABŞ-ın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu birgə peşə məktəbləri ilə bağlı layihə üzərində işləyirlər.
Digər çıxışlarda da layihənin uğurla başa çatdığı qeyd olunmuş, əlilliyi olan insanların ölkənin ictimai, mədəni, iqtisadi həyatında fəallıqlarının artırılması barədə maarifləndirmə işlərinin aparılmasının zəruriliyi bildirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında