Şikayətçilərin müraciətləri yerində araşdırılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaş müraciətlərinin yerində və vətəndaşların şəxsən iştirakı ilə araşdırılması işləri davam etdirilir. Oktyabrın 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Göyçay və Şirvan rayonlarında olub. 
Nazir Fizuli Ələkbərov nazirliyin həmin rayonlar və ümumən ətraf rayonlar da daxil olmaqla 14 rayon üzrə fəaliyyət göstərən strukturlarının, o cümlədən Əhalinin sosial müdafiəsi Mərkəzləri və Tibbi-sosial ekspert komissiyalarının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, ayrı-ayrı instansiyalara, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət ərizələri ünvanlamış vətəndaşları qəbul edib.
Vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin yerində obyektiv tərzdə araşdırılması zamanı əsassız şikayətlərlə yanaşı, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib.
Hər bir vətəndaş müraciətində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir Fizuli Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, hər hansı qanunsuzluq faktının aşkarlandığı təqdirdə bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat təqdim edilməsi, habelə vəzifəsində nöqsanlara yol vermiş əməkdaşlar barədə tədbirlər görülməsi barədə nazirliyin aidiyyati qurumlarına tapşırıq verib. Tapşırığa uyğun olaraq, yaxın günlərdən etibarən araşdırmalara başlanacaq.
Nazir Fizuli Ələkbərov tərəfindən müvafiq vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında