Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir

Dağlıq Qarabağla bağlı status-kvo qəbuledilməzdir. Vaşinqtonun mövqeyi budur ki, baza prinsiplərinin razılaşdırılmasını yekunlaşdırmaq və dərhal Böyük Sazişə keçmək lazımdır. Buna görə də danışıqları sürətləndirmək və səyləri gücləndirmək vacibdir.
Bu sözləri ABŞ-ın ölkəmizdəki səfiri Mətyu Brayzə jurnalistlərə açıqlamasında demişdir.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfərinə toxunan diplomat qeyd etmişdir ki, səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair baza prinsipləri müzakirə olunacaqdır. Bundan başqa, vasitəçilər prosesin canlandırılması yollarını araşdıracaqlar.
M.Brayzə bildirmişdir ki, ABŞ dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə telefon danışığı, onun müavininin regiona səfəri rəsmi Vaşinqtonun münaqişənin həllinə göstərdiyi marağın bariz nümunəsidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında