AMEA Rəyasət Heyətinin iclasında elmi məruzə dinlənilmişdir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin növbəti iclası "Neft sənayesində istifadə olunan yeni səthi-aktiv maddələrin alınması və tətbiqi" mövzunda elmi məruzəyə həsr olunmuşdur. 
Akademiyadan bildirmişlər ki, AMEA prezidenti, akademik Mahmud Kərimov gündəlikdəki məsələlərlə bağlı məlumat vermişdir.
Sonra AMEA Əlyazmalar İnstitutunun direktoru, filologiya elmləri doktoru mərhum Məmməd Adilovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru Ziyafəddin Əsədovun "Neft sənayesində istifadə olunan yeni səthi-aktiv maddələrin alınması və tətbiqi" mövzunda elmi məruzəsi dinlənilmişdir.
Məruzəçi xalq təsərrüfatının bütün sahələrində istifadə edilən səthi-aktiv maddələrin neft sənayesində əhəmiyyətli olduğunu söyləmişdir. Onların arasında oliqomer və polimer quruluşlu səthi-aktiv maddələrin qiymətli tətbiqi xassələrə malik olduğunu, onların yeni, daha səmərəli nümunələrinin alınması və tətbiqinin böyük önəm daşıdığını qeyd etmişdir. O demişdir ki, araşdırmalar apararkən sənaye istehsalı olan müxtəlif xammal maddələrindən istifadə etməklə əsasən oliqomer və polimer quruluşlu yüksək səmərəli, yeni səthi-aktiv maddələr almağa nail olunmuşdur. Bunlar üçün ilkin xammal kimi epoksidlər, birəsaslı alifatik karbon turşuları, alifatik spirtlər, aminospirtlər, haliodakillər, ortofosfat turşusu və s. maddələrdən istifadə edilmiş, alınmış məhsulların identifikasiyası müasir fiziki-kimyəvi metodlarla aparılmış, ən mühüm reaksiyaların kinetikası ətraflı şəkildə tədqiq olunmuşdur.
Z.Əsədov su hövzələrinin səthində ekoloji cəhətdən təhlükəli olan nazik neft təbəqəsindən təmizlənməsinə effektiv kömək edən reagentlər su-hava sərhədində enerji mübadiləsini pozmaqla ətraf mühitə, xüsusilə suda yaşayan canlılara ziyan vuran neft mənşəli örtükləri nəinki yox edir, eləcə də həmin nefti bir yerə toplayaraq təkrar istifadəyə göndərmək imkanı yaradır.
Elmi məruzəni dinləyən AMEA Rəyasət Heyəti qərar qəbul etmişdir ki, alınmış yeni, yüksək səmərəli neftyığıcı və dispersləyici reagentlərin təcrübi miqyasda istehsalı texnologiyası işlənib hazırlansın və bunun geniş miqyasda tətbiqinin təşkili ilə əlaqədar AMEA Neft-Kimya Prosesləri İnstitutu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə müraciət etsin.
Tədbirdə 2011-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların aparılması, AMEA Tarix və Fəlsəfə, Sosiologiya və Hüquq institutlarının Elmi Şuralarının tərkibində qismən, İnsan Hüquqları İnstitutunun isə Elmi Şurasının yeni tərkibinin təsdiq edilməsi, filologiya elmləri doktoru M.Mahmudovun, filologiya üzrə fəlsəfə doktorları F.Quliyevanın, R.Xalıqovanın, tarix üzrə fəlsəfə doktoru A.Muradovanın AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmaları məsələsinə baxılmış və təsdiq edilmişdir.
Sonda bir sıra kadr məsələlərinə də baxılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında