Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Lənkəranda olmuşdur

Mayın 19-da Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Lənkəranda olmuşdur.
Cənub bölgəsi ilə tanışlıq məqsədi daşıyan səfər zamanı rusiyalı diplomat Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla görüşmüşdür.
T.İbrahimov Lənkəran rayonunun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, sosial-iqtisadi inkişafın göstəriciləri, turizm potensialı barədə qonağa məlumat vermişdir.
Diplomat Lənkəran şəhərindəki Heydər Əliyev parkını gəzmiş, muzeylərdə, "Nikoyl Bank"ın Lənkəran filialında, konserv və "PalSüd" zavodlarında, çay fabrikində olmuşdur.
V.Doroxin jurnalistlərə verdiyi müsahibəsində Kür çayı sahili boyunca yerləşən rayonlarda təbii fəlakətlə bağlı Azərbaycan hökumətinin təkbaşına həyata keçirdiyi tədbirləri, görülən işin nəticələrini yüksək qiymətləndirərək bildirmişdir ki, əgər ehtiyac yaranarsa, problemin aradan qaldırılması istiqamətində Rusiya Azərbaycana lazım olan köməyi göstərməyə hazırdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında