Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi

"Kənd Yerlərinin Kompleks İnkişafı Layihəsi"
MARAQ İFADƏSİ VERİLMƏSİ HAQQINDA MÜRACİƏT

{nl}

Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi "Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsi"nin (KYKİL) səmərəli icrasının təmin edilməsi məqsədilə layihənin Yevlax şəhərində yerləşən və Yevlax, Ağdaş, Şəki və Oğuz rayonlarını əhatə edən Regional Mərkəzi İşçi Orqanında (RMİO) aşağıdakı vəzifələrdə çalışmaq istəyində olan namizədlərin sənədlərinin qəbulunu elan edir:

{nl}

KYKİL-nin REGİONAL MƏRKƏZİ İŞÇİ ORQANIN ƏSAS HEYƏTİ ÜÇÜN TEXNİKİ TAPŞIRIQLAR
Layihənin qısa təsviri
Kənd Yerlərinin Kompleks İnkişaf Layihəsinin (KYKİL) məqsədi aşağıdakı yollar vasitəsilə Ağdaş, Yevlax, Şəki və Oğuzda kənd yoxsulluğunun azaldılmasıdır: i) məhsul və mal-qara təsərüffatçılığı üçün lazımi məhsuldarlığa və gəlirliliyə nail olmaq məqsədilə müvafiq təbii resurslardan səmərəli və lazımi qaydada istifadə etmək üçün yoxsul təbəqənin savadının artırılmasına yardım etməklə, ii) daha yaxşı kənd təsərrüfatı idarəçiliyi vasitəsilə kişi və qadın istehsalçılarının gəlirlərinin artırılması və kreditin əldə edilməsi, iii) təbii resursların idarəçiliyi üçün təcrübələrin artırılması və saxlanması məqsədilə metodikanın inkişafı və icrası.
REGİONAL KOORDİNATOR (RK)
Vəzifələr və məsuliyyətlər
RK Yevlax şəhərində yerləşən Regional Mərkəzi İşçi Orqanının (RMİO) ofisində işləyəcək və İMİO Direktoruna tabe olacaq. O, regionda layihənin bütün fəaliyyətləri üçün idarəçilik və nəzarət öhdəliklərinə görə məsuliyyət daşıyaraq İMİO direktorunun rəhbərliyi altında işləyəcək.
İMİO direktoru ilə sıx əlaqədə fəaliyyət göstərərək o aşağıdakı əsas vəzifələri daşıyacaq:
RK layihə komponentləri üzrə fəaliyyətlərə, həmçinin RMİO heyətinin (SBİ qrupu, İcma İnkişafı və Gender Mütəxəssisi, Monitorinq və Qiymətləndirmə Mütəxəssisi, Kənd Kredit Mütəxəssisi və Maliyyə Mütəxəssisi daxil olmaqla) işlərinə nəzarət edəcək.
RƏ 1-ci komponent çərçivəsində mülki işlərin layihələndirmə və tikintiyə nəzarət üzrə məsləhətçi şirkətinin işlərinin dəqiq və vaxtında yerinə yetirilməsinə və İİB-ya məlumatların vaxtında təqdim olunmasına cevabdeh olacaq.
RMİO-nun K/T sistemləri üzrə mütəxəssisin, icma inkişafı və gender mütəxəssisin, K/T məsləhət xidmətləri üzrə mütəxəssisin, fermerlərə dəstək qrupları ilə əməkdaşlığın əlaqələndirilməsi də RK-un üzərinə düşür.
Digər əsas məsuliyyətlərə aşağıdakılar daxildir:
İMİO-nın nümayəndəsi olmaqla rayonda bütün fəaliyyətlərin həyata keçirilməsini təmin etmək;
KYKİL-nin maraqlı tərəflərlə, müxtəlif texniki xidmət təminatçıları ilə, SİB-lərlə, və Layihə çərçivəsində yaradılaraq dəstəklənən digər icma və fermer qrupları arasında əlaqə yaratmaq;
xidmət təminatçılarının əməliyyat və fəaliyyətlərinə ümumi nəzarət etmək;
İMİO-ya müntəzəm olaraq KYKİL komponentləri üzrə fəaliyyətlərə yardım və nəzarət etməkdə kömək göstərmək;
müxtəlif komponentlər üzrə illik iş planının tərtib edilməsində, həyata keçirilməsində və monitorinq edilməsində İMİO-ya kömək etmək;
KYKİL-nin əsas heyətinə İMİO-nun tenderlərinin keçirilməsində, təkliflərin qiymətləndirilməsində və qısa siyahısının tərtib olunmasında yardım etmək;
tələb olunduğu kimi, İMİO-ya monitorinq və qiymətləndirmə prosesində kömək etmək və RMİO-nun monitorinq və qiymətləndirmə mütəxəssisinin işinə nəzarət etmək.
Tələb olunan ixtisas, bilik və bacarıqlar
Bilik və bacarıqlar
İrriqasiya sektorunda ən azı 10 il iş təcrübəsinə malik olmaq və mühəndislik sahəsində ali təhsili;
Təsdiq edilmiş rəhbərlik bacarığı;
Layihələrin birgə idarəolunması metodologiyaları haqqında biliklər;
Mükəmməl kommunikasiya və təşkilatçılıq bacarıqları;
Komandanın bir hissəsi kimi işləmək bacarığı və niyyəti;
Mükəmməl compyuter bilikləri.
Təcrübə
Beynəlxalq donorlar tərəfindən maliyyələşən çoxsektorlu inkişaf layihələri üzrə ən azı 10 illik iş təcrübəsi;
Kənd inkişafı və ya mülki iş layihələri üzrə idarəçilik qismində ən azı 5 illik iş təcrübəsi;
Dövlət strukturları ilə qarşılıqlı tərəfdaşlıq təcrübəsi.
Dillər
Azərbaycan və rus dilləri; ingilis dilini bilənlərə üstünlük veriləcək, lakin əsas deyil.
RMİO-nun SUVARMANIN BİRGƏ İDARƏOLUNMASI (SBİ) QRUPU
Vəzifələr: RMİO-nun SBİ Qrupu üç irriqasiya mühəndisindən ibarət olacaq və bunlardan biri SİB-lərlə təşkilatçılıq və idarəçilik işi üzrə təcrübəyə malik olmalıdır. Bu Qrup Yevlax şəhərindəki RMİO-da yerləşərək Regional Koordinatorun tabeliyində olacaq. İMİO-nun Baş SBİ mühəndisi ilə sıx işləyəcək. Qrup layihənin 1-ci komponentinin icrasına kömək göstərərək aşağıdakı əsas vəzifələri daşıyacaq:
SİB-lərin dayanıqlığını təmin etmək məqsədilə KYKİL strategiyasına dəstək olaraq bərpa edilmiş suvarma sistemlərinin işinin və istismarının düzgün aparlmasına əmin olmaq;
dayanıqlı suvarma təcrübələri və istismar ilə əlaqədar nümayişlər üçün təkliflər etməklə SİB üzvlərinin təlim ehtiyaclarını müəyyən etmək üçün xidmət təminatçıları (XT) ilə və fermerlərə dəstək qrupu (FDQ) ilə sıx işləmək;
Xidmət təminatçılarının seçimi prosesində, qiymətləndirilməsində, təkliflər üçün müraciətlərin tərtib olunmasında, işə cəlb olunmasında İMİO-nun SBİ qrupuna dəstək vermək;
İMİO tərəfindən mülki işlər üçün tikinti şirkətlərinin və məsləhətçi mühəndis şirkətləri (MMŞ) kimi XT-ların seçilməsi ilə əlaqədar ona texniki tövsiyələrin verilməsi;
layihənin nəzarət komitəsi (LNK) tərəfindən təsdiq ediləcək suvarma üzrə illik iş planının MMŞ ilə birlikdə sıx işləyərək hazırlanmasında və idarə olunmasında İMİO-ya dəstək vermək;
layihələndirmə və tikintiyə nəzarət, tikinti işlərinin aparılması, SİB-lərin bacarıqlarının artırılması ilə əlaqədar XT-larla bağlanmış müqavilələrin icrasının monitorinqini və onlarla bağlı hesabatların təqdim olunmasını təmin etmək;
komponentin səmərəli icrasını təmin etmək məqsədilə yerli və beynəlxalq ekspertlərlə, MSTATSC-nin rayon və mərkəzi nümayəndələri ilə, yerli icmalarla və digər tərəflərlə sıx əməkdaşlıq etmək;
SİB-lərin inkişafı üçün KYKİL-nin məqsədlərinə nail olmaq üçün işin icra planının hazırlanmasında İMİO-ya yardım etmək;
SİB-lərin nümayəndələri və MSTATSC-nın yerli idarəetmə kadrları üçün seminarların və məşğələlərin təlim planının tərtibatında və onun icrasında yardım etmək;
SİB-lərin ərazilərindəki suvarma və drenaj sistemlərinin istismarı üçün əlaqədar təşkilatlarla imzalanmalı olan müqavilələrin və planların hazırlanmasında SİB-lərə texniki yardım göstərmək;
tələb olunan hallarda SİB-lərə birləşmə prosesində geydiyyatdan keçmə və digər hüquqi məsələlər üzrə MSTATSC-yə aid məsələlərin həllində idarəçilik dəstəyi vermək;
Müvafiq işçi heyətə müntəzəm iş sisteminin qurulmasında, suvarmanın xidmət haqqının formalaşdırılması, toplanması sistemi, mühasibat və kargüzarlıq, müntəzəm görüşlər, seçkilər, istismar əməliyyatlarında və digərləri daxil omaqla SİB-lərə texniki yardım göstərmək;
müntəzəm olaraq layihə üzrə fəaliyyətlər hesabatının hazırlanması üçün SİB-lər tərəfindən təqdim edilməsi nəzərdə tutulan hesabatların təqdim olunmasını və lazım olan hallarda məsləhətlərin verilməsini təmin etmək;
Gender və icma inkişafı üzrə mütəxəssis də daxil olmaqla RMİO-nun digər işçiləri ilə birlikdə SİB-lərin hüquq və öhdəliklərinə dair məlumatlandırma kampaniyasında iştirak etmək;
komponentlə əlaqədar İİPB-nın hazırlanmasına yardım etmək.
SBİ Qrupunun hər bir üzvü üçün tələb olunan ixisaslar
Bilik və bacarıqlar
mülki və ya irriqasiya mühəndisliyi üzrə ali təhsil;
komandaya tez alışma və komandanın bir hissəsi kimi işləmək bacarığı və arzusu;
mükəmməl kompyuter bilikləri
əlavə olaraq Qrupun SİB-lər üzrə mütəxəssisi aşağıdakılara malik olmalıdır:
icma inkişafının metodologiyaları haqqında biliklər;
kənd inkişafı haqqında biliklər ;
mükəmməl kommunikasiya və təşkilatçılıq bacarıqları;
SİB-lərin işi ilə əlaqədar Azərbaycan qanunları haqqında biliklər;
Təcrübə
inkişaf layihələri ilə ən azı 10 illik iş təcrübəsi;
Azərbaycanda meliorasiya və irriqasiya işləri üzrə SİB-lərlə ən azı 10 illik iş təcrübəsi;
beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrdə iş təcrübəsi;
Təlim kurslarının və ya seminarların hazırlanması təcrübəsi;
Dillər
Azərbaycan və rus dilləri; ingilis dilini bilənlərə üstünlük veriləcək, lakin əsas deyil.
RMİO-nun İCMA İNKİŞAFI VƏ GENDER MÜTƏXƏSSİSİ:
Vəzifələr və məsuliyyətlər: RMİO-nun inkişaf və gender mütəxəssisi Yevlaxdakı RMİO-nun ofisində yerləşəcək və Regional Koordinatora tabe olacaq. O qadınlara daha səmərəli yanaşmadan əmin olmaq üçün layihə fəaliyyətləri boyunca onlarla əlaqələrin yaxşılaşdırılmasına məsuliyyət daşıyır. İMİO-nun icma inkişafı üzrə mütəxəssisi ilə sıx işləyərək aşağıdakı əsas vəzifələri daşıyacaq:
KYKİL tərəfindən təklif olunan xidmətlər zamanı kənd qadınlarının üzləşdiyi maneələri təhlil etmək;
KYKİL fəaliyyətlərini gender yönümlü etiyacların müəyyənləşdirilməsinin təhlilini apararaq, hər bir yaş hədəf qruplarının işində, təlimlərində, icma təşkilində kişi və qadınların iştirakını təmin etmək;
KYKİL tərəfindən təklif edilən xidmətlər zamanı kənd qadınlarının, qadın ailə başçılarının və gənclərin üzləşdiyi maneələri təhlil etmək;
layihənin fəaliyyəti çərçivəsində qadınlar yararlana biləcək imkanlarla əlaqədar onların məlumatlı olmaqlarını təmin etmək;
layihə fəaliyyətləri çərçivəsində gender bərabərliyini təmin edən KYKİL-nin gender planını tərtib edərək, onun həyata keçməsinə nail olmaq;
layihənin həyata keçirilməsi zamanı gender sahəsində əlavə müdaxilələrə tələbatı müəyyən etmək;
1.3. yarımkomponent çərçivəsində layihənin dəstəkləməsinə sosial infrastrukturların müvafiqliyini müəyyən etmək məqsədilə layihə ərazilərində iclasları təşkil etmək və aparmaq;
sosial infrastruktur investisiyalarının, məsələn içməli suyun, əsaslandırılmasında və yaxşılaşdırılmasında müvafiq kəndlərin müəyyən edilməsində SBİ qrupu ilə sıx işləmək;
KYKİL regional heyətini mümkün gender bərabərsizliyi problemləri haqqında məlumatlandırmaq (gender yönümlü təlimlər);
Qadın fermerlərin fermer dəstək qruplarının (FDQ) və XT hazırladığı təlim, nümayiş və fermer mübadilə proqramlarına cəlb olunmasını təmin etmək;
1-ci komponent çərçivəsində MMŞ-nin işində gender məsələlərinə nəzarət etmək;
SİB-lərin idarə heyətlərində və işçi heyətlərində qadınların iştirakı ilə bağlı SİB-lərin rəhbərliyi ilə sıx iş aparmaq;
komponent 2 çərçivəsində XT-nın yardımı ilə qadınlar üçün nəzərdə tutulan kənd təsərrüfatının idarəolunmasına dair təlim proqramlarının hazırlanması;
kənd qadınları və gənclər üçün müzakirə qruplarını, dəyirmi masaları, seminarları təşkil etmək;
aşağıdakılar üçün gender məsələləri ilə əlaqədar təlimləri təşkil etmək:
RMİO ofisi və sahədəki işçi heyəti;
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli işçi heyəti daxil olmaqla digər yerli administrasiyanın işçi heyəti;
yerli bank olmayan kredit təşkilatları (BOKT-lar);
mövcud və yeni borcalan qruplar (BQ) və kredit ittifaqları (Kİ);
SİB üzvləri və rəhbərliyi;
təbii sərvətlərin idarəolunması (TSİ) ilə əlaqədar bütün fəaliyyətlərdə və proqramlarda gender məsələlərinin əks olunmasına əmin olmaq;
kənd ərazilərində qadın və gender məsələləri sahəsində fəaliyyət göstərən QHT-lərlə və ya dövlət təşkilatları ilə əlaqələr yaratmaq;
proqram fəaliyyətlərində qadınların və kişilərin iştirakını təhlil etmək üçün bir vasitə kimi layihə hesabatlarında gender və gənclər barədə məlumatların verilməsi ilə əlaqədar KYKİL-nin monitorinq və qiymətləndirmə (M və Q) sisteminə nəzər yetirmək;
tələb olunan halda icmalara dəstək proqramlarında gender məsələlərinə nəzər yetirmək.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
ali təhsil, sosial elmlər üzrə üstünlük verilir;
gender bərabərliyi məsələləri haqqında biliklər;
icmaların inkişafı üçün iştirakçı metodologiyası barədə biliklər;
mükəmməl şifahi və yazılı kommunikasiya və təşkilatçılıq bacarıqları;
komandaya tez alışma və komandanın bir hissəsi kimi işləmək bacarığı və arzusu;
materialların paylanması üçün hazırlanması məqsədilə tələb edilən mükəmməl compyuter bilikləri;
Təcrübə
İnkişaf layihələrində ən azı 10 illik iş təcrübəsi;
QHT-lərdə və ya dövlət sektorunda gender məsələləri üzrə ən azı 5 illik iş təcrübəsi;
təlim kurslarının və ya seminarların hazırlanmasında və aparılmasında təsdiq edilmiş təcrübə;
Dillər
Azərbaycan və rus dilləri; ingilis dilini bilənlərə üstünlük veriləcək, lakin əsas deyil.
RMİO-nun KƏND TƏSƏRRÜFATI SİSTEMLƏRİ MÜTƏXƏSSİSİ
Vəzifələri və məsuliyyətləri: RMİO-nun K/T sistemləri mütəxəssisi Yevlaxdakı RMİO-nun ofisində yerləşəcək və regional koordinatora tabe olacaq. RMİO-nun K/T məsləhətçi xidmətlər üzrə mütəxəssisi və FDQ-ları ilə sıx əlaqədə işləyərək, aşağıdakılar üçün məsuliyyət daşıyacaq:
Layihənin aqro-ekoloji ərazilərində (AEƏ) müvafiq statistik məlumatların toplanması, regional aqrar-elm mərkəzi və kənd təsərrüfatı tədqiqat institutları ilə əlaqə yaratmaq və layihə ərazisinin k/t sistemlərinin öyrənilməsi üçün sahə səfərlərinin edilməsi və RMİO-nun müvafiq heyətinin təlimləndirilməsi;
AEƏ-lərdə kənd təsərrüfatının inkişafı üçün KYKİL-nin uyğun strategiyasına yardım etmək və digər texniki işçilərə təsərrüfat, iqtisadi, yaşayış və digər risklər haqqında əvvəlcədən məlumat və müvafiq tövsiyələr vermək;
kişilərin, qadınların və gənclərin ehtiyaclarını bərabər qaydada istiqamətləndirən k/t təlim və nümayiş proqramlarının tərtibatı və icrası zamanı FDQ-lar, K/T məsləhətçi xidmətlər, və gender və icma inkişafi mütəxəssisləri ilə sıx işləmək;
AEƏ-lərdə səmərəli əkinçilik-heyvandarlıq inteqrasiyasına nail olmaq üçün nümayiş, təlim və təcrübə mübadiləsi proqramlarının hazırlanmasında FDQ-lara və XT-na yardım etmək və onları istiqamətləndirmək;
Məhsuldarlığı, qida təhlükəsizliyini və gəlirlərin artırlmasında KYKİL-nin kənd təsərrüfatı/heyvandarlığa dair məqsədlərinə nail olmaq üçün illik iş planının hazırlanmasına dəstək vermək;
təbii resursların səmərəli idarəolunması təcrübələrindən istifadə edərək, gəlirlərin və məhsuldarlığın artırılması üçün yeni imkanların axtarışı üçün ərazidə araşdırıma aparılmasında fermerlərə yardım etmək, onları istiqamətləndirərək yardım etmək;
nümayişlərin, fermerlərə təliminin və təcrübə mübadiləsi səfər proqramlarının icrasından əvvəl və sonra FDQ-larla birlikdə layihə ərazisində çevik kənd qiymətlədrilməsini (ÇKQ) həyata keçirmək və lazım olarsa tövsiyələr vermək;
planlaşdırılmış qaydada təlim proqramlarının təqdimində XT-larla sıx işləmək;
fermer qrupları və SİB-lər üçün müvafiq təlim materialının hazırlanmasına və təlim proqramlarının keçirilməsinə nəzarət və yardım etmək.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
aqronomiya, heyvandarlıq və ya əkinçilik, bitki mühafizəsi üzrə ali təhsil;
dövlət və ya özəl sektorda minimum 10 illik iş təcrübəsi;
beynəlxalq donorlar tərəfindən maliyyələşdirilən layihələrin işi ilə tanış olması;
ekoloji kənd təsərrüfatı təcrübələri barədə biliklər;
mükəmməl kommunikasiya və təşkilatçılıq bacarıqları;
komandaya tez alışma və komandanın bir hissəsi kimi işləmək bacarığı və arzusu;
əsas kompyuter savadı;
Təcrübəsi
əkinçilik və heyvandarlıq təsərrüfatı və idarəçilik üzrə ən azı 10 illik iş təcrübəsi;
kənd inkişafı və ya təbii resursların idarəçilik layihələri üzrə ən azı 5 illik iş təcrübəsi;
təlim kurslarının və ya seminarların hazırlanması və icrası barədə təcrübə
Dillər
Azərbaycan və rus dilləri.
RMİO-nun KƏND KREDİT MÜTƏXƏSSİSİ
Vəzifələr və məsuliyyətlər: kənd kredit mütəxəssisi Yevlaxdakı RMİO-nun ofisində yerləşərək regional koordinatora tabe olacaq. O, eyni zamanda layihənin icra təlimatlarında (LİT) göstərilən hesabatları İMİO-nun kredit mütəxəssisinə təqdim edəcək. Maliyyə mütəxəssisi ilə sıx işləyərək:
Maraq göstərmiş bank olmayan kredit təşkilatları (BOKT), kredit ittifaqları (Kİ) və borcalan qruplardan (BQ) müraciətlərin təhlil olunmasında İMİO-nun kredit mütəxəssisinə yardım edəcək;
BQ-ların və Kİ-ların yaranması üçün müraciət edənlərə lazımi təlim və hüquqi məsləhətlər verəcək;
RMİO və İMİO-nun MvəQ mütəxəssisləri ilə sıx işləyərək, kənd maliyyə komponentini maliyyələşdirən qurumları qane edən formada onun sub-komponentlər üzrə monitorinq sisteminin yaradacaq.
Tələb olunarsa yerlərdə monitorinqi həyata keçirəcək;
layihənin icrası zamanı problemlərin həll edilməsi yolları üzrə təkliflər hazırlayacaq;
layihənin tələb və prosedurlarına müvafiq olaraq dövri hesabatların hazırlanmasında iştirak edəcək;
Borclarını qaytarmayan borcalanlara layihə benefisiarlara qarşı iştirakçı maliyyə qurumları və digər Layihə tərəfləri ilə əməkdaşlıq edərək müvafiq tədbirləri görəcək;
illik iş planı və büdcənin hazırlanmasına yardım edəcək;
İFAD və İİB-nın tələblərinə uyğun dövri layihə və monitorinq hesabatlarının tərtib olunmasına yardım edəcək;
İMİO ilə müqavilə bağlayan məsləhətçilər və şirkətlər tərəfindən təqdim edilən kənd maliyyə xidmətləri ilə əlaqədar xidmətlərin keyfiyyətini müəyyənləşdirəcək və nəzarət edəcək;
İFAD-ın ərazi monitorinq üzrə nəzarət missiyalarının proqramını tərtib edərək həmin missiyalarda iştirak edəcək;
İMİO kredit mütəxəsisinin müraciət etdiyi və təyin etdiyi digər vəzifələri yerinə yetirəcək və hesabat verəcək.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
iqtisadiyyat, maliyyə və ya bunlarla sıx əlaqəli sahələr üzrə ali təhsil;
layihələrin icra metodologiyaları barədə biliklər;
təsdiq edilmiş kommunikasiya və təşkilatçılıq bacarıqları;
ciddi kommunikasiya bacarıqları;
mükəmməl kompyuter bacarıqları;
təzyiq altında səmərəli işləmək və vaxt tələblərinə cavab vermək bacarığı;
Təcrübə
Yerli və ya beynəlxalq maliyyə müəssisələrində 8-10 illik iş təcrübəsi;
kənd maliyyə xidmətləri, Kİ və BQ-larla ən azı 5 illik iş təcrübəsi
kreditlərin zəmanət vasitələri, fərdi zəmanətlər və kredit portfeli zəmanətləri üzrə təcrübə xüsusi tələb olunur.
Dillər
Azərbaycan və rus dilləri.
RMİO-nun MALİYYƏ MÜTƏXƏSSİSİ (FS)
Vəzifələr və məsuliyyətlər: maliyyə mütəxəssisi Yevlaxdakı RMİO-da yerləşərək regional koordinatora tabe olacaq. O, eyni zamanda layihə icra təlimatlarında (LİT) qeyd edilən hesabatları İMİO-ya da təqdim edəcək. Regional koordinatorla sıx işləyərək o:
RMİO ilə əlaqədar bütün bank hesabları ilə işləyəcək;
tələb olunan qaydada maliyyə hesabatlarını hazırlayacaq;
mühəndis məsləhətçi şirkətin, SİB-lərin və RMİO-nun dövri auditinə yardım edəcək;
KYKİL-nin rayonlarda bütün maliyyələşdirmələrə nəzarət edəcək;
LİS sistemini yaradaraq, onun müntəzəm olaraq yenilənməsini təmin edəcək;
maliyyənin idarəolunması ilə əlaqədar illik iş planı və büdcələrin hazırlanmasına yardım edəcək:
İFAD, İİB və Azərbaycan Respublikasının tələblərinə müvafiq illik maliyyə hesabatlarını hazırlayacaq;
İİPB-nın hazırlanmasında və yenilənməsində iştirak edəcək;
tələb olunan qaydada maliyyə işinə aid digər məsələlərə yardım edəcək.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya biznes administrasiyasında dərəcə;
mühasibatlıq və maliyyə kompyuter proqramlarının mükəmməl bilməsi;
Təcrübə
Çoxdonorlu kənd inkişaf və ya mülki işlər layihələrində ən azı 10 illik iş təcrübəsi;
Maliyyə müəssisələrində, özəl firmalarda oxşar vəzifələrdə ən azı 5 illik iş təcrübəsi;
audit/məsləhətçi firmalarında iş təcrübəsinə üstünlük verilir.
Dillər
Azərbaycan və rus dilləri.
RMİO-nun MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ MÜTƏXƏSSİSİ (MvəQ)
Vəzifələri və məsuliyyətləri: monitorinq və qiymətləndirmə mütəxəssisi (M&ES) regional layihə idarəçilyi bölməsinin (RMİO) MİS və əməliyyat sistemlərinin işi üçün cavabdehdir. O eyni zamanda Layihə üçün M&E sistemləri və MİS-in dizaynında İMİO-nun M&E mütəxəssisləri ilə sıx işləyəcək. Regional koordinator və RMİO-nun digər texniki heyəti ilə sıx işləyərək o:
layihənin sahə əməliyyatlarının monitorinqinin və qiymətləndirilməsinin layihənin direktivlərinə və prosedurlarına uyğun yerinə yetirildiyinə əmin olmaq;
TA-ya yardım etməklə, komponent 1 altında CEC-in yoxlanması və sivil iş podratçıları üçün İsDB tərəfindən tələb olunan sistemi layihələndirəcək və həyata keçirəcək;
cəmiyyətin İnkişafı və gender mütəxəssisi ilə sıx işləyərək, layihə fəaliyyətlərinin qadınlara (qadın rəhbərliyi altında olan təssərüfata) və gənclərə təsirini yoxlayacaq;
layihənin illik səhmdar baxışlarını təşkil etmək üçün İMİO M&E mütəxəssis (lər)inə və layihə daxilində mümkün dərəcədə verilən miqyasda illik hesabatların təqdimi üçün toplanan uğurlu vəziyyətlər və dəyərli dərsləri analiz etmək üçün isə planlaşdırma bölmələrinə yardım edəcək;
KYKİL-nın benefisiarları ilə genişləndirilmiş sorğuya əsaslanan İştirakçı Kənd Qiyməti (RPA) və təsirin monitorinq tədqiqatları aparacaq (illik məlumatların təkrarlanması);
nümayiş, fermer təlimi və fermer məlumat mübadiləsi səfər proqramlarından əvvəl və sonra RRA və əsas tədqiqatların inkişafında və idarə edilməsində fermer müdafiə komandalarına və ferma sistemləri mütəxəssisinə yardım edəcək;
layihə fəaliyyətlərində qadınların və kişilərin iştirakını təhlil etmək üçün bir vasitə kimi bütün layihə hesabatlarında gender və gənclərin xüsusi məlumat yararlılığı ilə əlaqədar KYKİL M&E yanaşmalarının yoxlanmasında IPMU M&E mütəxəssis(lər)inə yardım etmək;
CEC, sivil iş podratçıları, FDQ-lər, para-vet və FVY-lar tərəfindən hazırlanmış proqres hesabatları və dövri fəaliyyət baxışlarından və onların qəbul olunmasından əmin olmaq;
tələb olunan qaydada İFAD və İsDB səfər edən KYKİL-nin xarici monitorinqinə, baxılmasına və yoxlama missiyalarına yardım etmək;
AWPB-də göstəricilərə qarşı sahə fəaliyyətlərinin fiziki proqres hesabatı barədə məlumat vermək;
RC-in təsdiqindən sonra İMİO-ya təqdim edilməli olan dövrü M&E hesabatlarının genişləndirilməsində kənd kredit mütəxəssisi, ferma sistemləri mütəxəssisi və inkişaf mütəxəssisi ilə RMİO-da əlaqə yaratmaq.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
İqtisadiyyat, kənd təsərrüfatı, sosial elmlər və ya bunlarla sıx əlaqədar intizam üzrə universitet dərəcəsi;
layihə icra metodologiyaları barədə biliklər;
təsdiq edilmiş kommunikasiya və təşkilatçılıq bacarıqları;
gender məsələləri, müdaxilə hədəfləri barədə biliklər;
əsas kompyuter bilikləri;
problemin həllinə yaradıcı və praqmatik yanaşma və sosial-iqtisadi və administrativ sistemlər şərti daxilində düşünmək bacarığı.
Təcrübə
yoxsulluğun azalması, inteqrallaşmış kənd inkişafı və ya geniş sivil iş layihələrində azı 5 illik təcrübə;
beynəlxalq donor layihələrdə məlumatların saxlanması üzrə azı 10 illik təcrübə;
kənd maliyyə təcrübəsi yüksək dərəcədə tələb olunur;
Dillər
Azərbaycan və rus dilləri; İngilis dilini bilənlərə üstünlük veriləcək, lakin əsas deyil.
RMİO-nun KƏND MƏSLƏHƏT XİDMƏTLƏRİ MÜTƏXƏSSİSİ
Vəzifələr və məsuliyyətlər: RMİO-nun kənd məsləhət xidmətləri mütəxəssisi Yevlaxdakı RMİO-nun ofisində yerləşərək Regional Koordinatora tabe olacaq. RMİO-nun k/t sistemləri mütəxəssisi və FDQ-lar ilə sıx işləyərək onun əsas vəzifələri aşağıdakılar olacaq:
Təlim və məsləhət proqramlarında maraqlı tərəflərin iştirakı üçün mexanizmləri tərtib etmək;
FDQ-lar, k/t sistemləri mütəxəssisi, icma inkişafı və gender mütəxəssisi ilə əməkdaşlıq edərək məsləhət xidmətlərinin prioritetlərini müəyyən etmək və dəstəkləmək;
fermer təlim proqramı üçün təlim proqramlarının tərtib edilməsində yerli və beynəlxalq XT-lara müvafiq nəzarəti təmin etmək;
rayonlarda məlumat görüşlərini təşkil etmək və dəstəkləmək;
çevik kənd qiymətləndirilməsinin (ÇKQ) planlaşdırılmasında, icra edilməsində və qiymətləndirilməsində yardım etmək;
fermerlərin məlumat mübadiləsi səfərləri zamanı iştirakçılar tərəfindən təcrübə mübadiləsində yardım etmək;
Regional Aqrar-Elm Mərkəzi ilə, tədqiqat institutları ilə, özəl şirkətlər də daxil olmaqla məlumat mənbələri ilə sıx işləmək;
təlim və fermerlərin məlumat mübadilə səfərlərin və nümayişlərin nəticəsində iştirakçı fermerlərin yanaşma dəyişikliyinə nəzarət etmək və lazım gələrsə, proqramların idarəçilik və texniki tərkibi üzrə dəyişikliklər təklif etmək;
gənclərə xüsusi diqqət yetirməklə kişi və qadın fermerlərin ehtiyaclarına bərabər olaraq ünvanlanmış nümayiş proqramları və fermer təlimlərinin hazırlanmasında və həyata keçirilməsində FDQ-lara və icma inkişafı və gender mütəxəssisi ilə sıx işləmək.
Tələb olunan ixtisaslar
Bilik və bacarıqlar
Kənd təsərrüfatının inklişafı, aqronomiya, heyvandarlıq və ya əkinçilik, bitkilərin mühafizəsi üzrə ali təhsil;
dövlət və ya özəl sektorda minimum 10 illik iş təcrübəsi;
beynəlxalq maliyyələşməsi nəzərdə tutulan layihələrin iş prosedurları ilə tanışlıq;
ekoloji kənd təsərrüfatı təcrübələri barədə biliklər;
mükəmməl kommunikasiya və təşkilatçılıq bilikləri;
komandada işləmək bacarığı, arzusu və tez öyrənmə qabiliyyəti;
əsas kompyuter bacarığı.
Təcrübə
Əkinçilik və heyvandalığın idarəçiliyi üzrə ən azı 10 illik iş təcrübəsi;
kənd inkişafı və/və ya təbii resursların idarəçilik layihələri üzrə ən azı 5 illik təcrübəsi;
təlim kurslarının və/və ya seminarların hazılrlanması və keçirilməsi təcrübəsi.
Dillər
Azərbaycan və rus dilləri.
Müsabiqədə iştirak etmək niyyətində olan namizədlər özləri haqqında ətraflı məlumatı, o cümlədən CV, tərcümeyi-halı, ali təhsil haqqında diplomun surətini, və bacarıqları təsdiq edən hər hansı əlavə sənədləri aşağıdakı ünvana təqdim etməlidir. Sənədlərin təqdim olunmasının son müddəti 4 noyabr 2011-ci il saat 17:00-dəkdir.
ƏLAQƏ:
Kənd Təsərrüfatı Nazirliyi yanında
Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
İFAD Layihələrinin Mərkəzi İşçi Orqanı
Ü.Hacıbəyov küçəsi, 40, Hökumət Evi, 8-ci mərtəbə, otaq 821
Bakı 1000-AZ, Azərbaycan Respublikası
Tel: 994 12 493 46 93
Faks: 994 12 498 13 95
E-mail: [email protected]


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında