Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin yeni inzibati binası istifadəyə verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumlarının yeni inzibati binalarla təminatı və onların iş şəraitinin yaxşılaşdırılması, vətəndaşlara xidmətin keyfiyyətinin yüksəldilməsi, eyni zamanda, "Vahid pəncərə" prinsipinin tətbiqi istiqamətində məqsədyönlü işlərin davamı olaraq bu günlərdə Bakının Sabunçu Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi üçün yeni inzibati bina istifadəyə verildi.
Binanın açılışında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov burada işçilərin normal fəaliyyəti, həmçinin vətəndaşların qəbulu və onlara göstərilən xidmətin yüksək səviyyədə qurulması üçün yaradılmış şəraitlə yaxından tanış olub. Mərkəzin kollektivi ilə görüşündə nazir F.Ələkbərov hər bir vətəndaşın müraciətinə həssas və qayğıkeş münasibət göstərilməsi, dövlət qayğısının aztəminatlı əhali qruplarına layiqli tərzdə çatdırılması, ünvanlı yardımların təyinatında qanunvericilikdən irəli gələn tələblərə ciddi şəkildə riayət olunması barədə tapşırıqlar verdi.
Sonra nazir ayrı-ayrı vətəndaşları qəbul edərək, nazirliyin fəaliyyət dairəsinə aid məsələlərlə bağlı onların müraciətlərini dinləyib, yerli strukturların rəhbərlərinə vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun və ədalətli həll olunmasını tapşırdı.
Qeyd edək ki, bu günə qədər ölkənin 39 rayon və şəhərində əhalinin sosial müdafiəsi mərkəzlərinin inzibati binaları əsaslı şəkildə təmir olunub, 33 rayon və şəhərdə yeni inzibati binalar inşa edirilərək yerli qurumların istifadəsinə verilib.
Bu sahədə görülən işlər bir tərəfdən nazirliyin yerli strukturlarında çalışan kollektivlərin normal iş şəraitində işləməsinə, eyni zamanda onların "Vahid pəncərə" prinsipi üzrə əlaqəli fəaliyyət göstərməklə sosial müdafiə tədbirlərini daha effektli təşkil etməsinə, vətəndaşlara xidmətin yaxşılaşmasına şərait yaradıb.
Xüsusi lahiyə əsasinda tikilmiş yeni inzibati binalarda nazirliyin müvafiq bölgə üzrə yerli strukturları birgə yerləşdirilib və bunun nəticəsində həmin qurumların mərkəzlərdə ünvanlı dövlət sosial yardımlarının təyinatı ilə bağlı informasiya mübadiləsini təmin etmək üçün fibrooptik xətlər əsasinda qurulmuş lokal şəbəkə fəaliyyət göstərir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında