ATƏT-in Bakı ofisinin rəhbəri Naxçıvan Dövlət Universitetində

ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqay Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində olmuşdur. Universitetin tədris işləri üzrə prorektoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Hüseyn Həşimli qonağı qarşılamış və onu Bakı ofisinin rəhbəri təyin olunması münasibətilə təbrik etmişdir ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay səmimi qarşılanmaya görə öz təşəkkürünü bildirmiş, həm də aparılan abadlıq işləri, şəhərin təmizliyi, eləcə də ölkəmizin inkişafı haqqında öz səmimi fikirlərini söyləmişdir. Naxçıvan Muxtar Respublikasında əhalinin rahat yaşayışı haqqında danışan Koray Tarqay bundan sonrakı əlaqələrində Naxçıvan Dövlət Universitetinə də xüsusi önəm verəcəyini qeyd etmişdir.  
Söhbət zamanı Türkiyə universitetləri ilə Naxçıvan Dövlət Universiteti arasında qurulmuş əlaqələrdən, qarşılıqlı tələbə mübadiləsindən danışılmışdır. Sonra qonaq universitetin tələbə evi, sosial xidmət mərkəzi ilə tanış olmuş, burada yaradılan şəraiti yüksək qiymətləndirmişdir.

{nl}

Məmməd BABAYEV, Naxçıvan Dövlət Universitetinin mətbuat tarixi ixtisaslaşması üzrə magistrantı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında