Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Respublikamızda hərtərəfli islahatlar, o cümlədən söz və mətbuat azadlığının, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir.
Yaradılmış əlverişli şərait nəticəsində hazırda ölkədə 4520 mətbu nəşr qeydə alınmışdır.
Lakin yaranmış bu cür geniş imkanlardan bəzi mətbuat orqanları sui-istifadə edərək böhtanlara, təhqirlərə və əsassız ittihamlara yer verirlər. Jurnalistlərin Peşə Davranışı Qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini aşağılatdıqlarına görə Azərbaycan Mətbuat Şurası tərəfindən onlarla mətbu nəşr "qara siyahı"ya düşür.
Belə nəşrlərdən biri olan "Xural" qəzeti də jurnalist peşəsi ilə bir araya sığmayan cılız hərəkətlərə, həqiqətə söykənməyən yazılara, qərəz və təhqirlərə görə "qara siyahı"ya salınmış və Mətbuat Şurasının məlumatına əsasən onunla bağlı mütəmadi şikayətlər daxil olmuşdur.
Təkcə son 3 il ərzində dövlət və ictimai xadimlərin, mədəniyyət nümayəndələrinin və digər şəxslərin fəaliyyətinə kölgə salmağa, cəmiyyətdəki yeri və rolunu, eləcə də şərəf və ləyaqətini alçaltmağa yönəlmiş qanunazidd hərəkətlərinə görə "Xural" qəzeti barədə məhkəmələrdə iddialar qaldırılmış, baxılan altı iş üzrə qərar çıxarılaraq, qanunvericiliyə əsasən mülki, inzibati və cinayət məsuliyyətinə cəlb olunmuşdur.
Son zamanlar "Xural" qəzetinə qarşı çıxarılmış məhkəmə qərarlarından 3-ü - Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin, Azərbaycan Nəşriyyatının direktoru, "Bakinskiy Raboçiy" qəzetinin baş redaktoru Ağabəy Əsgərovun və müğənni Nüşabə Ələsgərlinin iddiaları ilə bağlı qərarlar icraya yönəldilmiş, bütün görülmüş tədbirlərə baxmayaraq mətbu orqan bu günədək icradan boyun qaçırmışdır. Bununla əlaqədar icra məmurları tərəfindən qanunvericiliyə əsasən bu mətbu nəşrin əmlakı siyahıya alınmışdır.
"Xural" qəzeti qanunsuz əməllərinə haqq qazandırmaq məqsədi ilə oktyabrın 19-da keçirdiyi mətbuat konfransında sensasiya xatirinə icra məmurlarının qanuni hərəkətlərini uydurma əsaslarla vəzifəli şəxslərin göstərişi kimi qələmə verməyə çalışmışlar.
Bununla da "Xural" qəzetinin heç bir reallığı əks etdirməyən bu cür böhtan xarakterli hərəkətləri məhkəmə qərarlarının icrasından yayınmaq istəyindən başqa bir şey deyil.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında