Avropa Şurasının ölkəmizlə əməkdaşlığı inkişaf edir

Oktyabrın 20-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov respublikamızda səfərdə olan Avropa Şurası (AŞ) baş katibinin təşkilati inkişaf və islahatlar üzrə xüsusi nümayəndəsi Jerar Ştudman ilə görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycanın Avropa Şurası ilə səmərəli əməkdaşlıq etdiyini bildirən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə, o cümlədən penitensiar sistemin müasirləşdirilməsi üzrə görülən işlər barədə məlumat vermiş, həyata keçirilən tədbirlərdə nüfuzlu beynəlxalq təşkilatların, xüsusilə Avropa Şurasının fəal iştirakını və ölkəmizdə hakimlərin ən şəffaf seçiminin bu mötəbər qurum tərəfindən müsbət təcrübə kimi qiymətləndirildiyini vurğulamış, əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu qeyd etmişdir.
Respublikamızda növbəti dəfə olmasından məmnunluğunu ifadə edən qonaq Azərbaycana əvvəlki səfərlərini xoş təəssüratlarla xatırlatmış, son illər ərzində ölkəmizin hərtərəfli dinamik inkişafını, müxtəlif sahələrdə qazanılmış böyük nailiyyətləri təqdir etmişdir. J.Ştudman Avropa Şurasının Azərbaycan ilə əlaqələrin daha da dərinləşməsində maraqlı olduğunu bildirərək əməkdaşlığın yeni prioritetlərinə dair Fəaliyyət Planının hazırlandığını bildirmiş, ölkəmizdə korrupsiya ilə sərt mübarizənin aparıldığı nəzərə alınaraq bu Plana həmin məsələnin əsas prioritet kimi daxil ediləcəyini söyləmişdir.
Görüşdə, həmçinin inzibati ədliyyə, məhkəmə qərarlarının icrası, hakimlərin və hakimliyə namizədlərin tədrisi, elektron xidmətlərin tətbiqi kimi qarşılıqlı fəaliyyətə dair konkret prioritetlər müzakirə olunmuş, korrupsiya ilə mübarizə sahəsində beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verilərək, Azərbaycan nümayəndə heyətinin bu günlərdə Mərakeşdə keçiriləcək mötəbər beynəlxalq forumlarda iştirak edəcəyi bildirilmişdir.
Tədbirdə Avropa Şurasının Bakıdakı ofisinin rəhbəri Konstantin Yerokostopulos iştirak etmişdir.
Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında