İndoneziya Konstitusiya Məhkəməsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olmuşdur

Azərbaycanda səfərdə olan İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud və hakimi Maria Farida İndrati oktyabrın 20-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşmüşlər. 
Görüşdə Ali Məhkəmənin sədri Azərbaycanda dünyanın bir çox ölkələri ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini, İndoneziyanın da bu ölkələr sırasında olduğunu bildirmişdir. Ali Məhkəmənin sədri, həmçinin son illər respublikamızda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsini həyata keçirmək, qanunun aliliyini təmin etmək məqsədi ilə Ali Məhkəmənin qarşısında duran vəzifələrdən danışmışdır. Ali Məhkəmənin sədri Azərbaycan Konstitusiyasında insan, vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının dövlətin ali məqsədi kimi bəyan edildiyini xüsusi vurğulamışdır. Qonağa Azərbaycanın məhkəmə sistemi, Ali Məhkəmənin strukturu və fəaliyyəti barədə məlumat verilmişdir.
Ali Məhkəmənin sədri əmin olduğunu bildirmişdir ki, İndoneziya Respublikası Konstitusiya Məhkəməsi sədrinin Azərbaycana səfəri məhkəmə orqanları arasında əməkdaşlığın inkişafına xidmət edəcəkdir.
Görüşdə Azərbaycan və İndoneziya məhkəmə orqanları arasında hüquqi əməkdaşlığın perspektivləri, ədalət mühakiməsi sahəsində beynəlxalq hüquq normalarının və beynəlxalq məhkəmələrin president hüququnun tətbiqi aspektləri müzakirə edilmişdir.
İndoneziya Konstitusiya Məhkəməsinin sədri Məhəmməd Manfud bildirmişdir ki, Azərbaycan ilə İndoneziyanın məhkəmə sistemləri arasında müəyyən oxşarlıq vardır. Məhəmməd Manfud iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını, məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsinin aparılmasının zəruriliyini diqqətə çatdırmışdır.
İndoneziyalı qonaqlar Ali Məhkəmənin inzibati binasını gəzmiş, məhkəmə tarixi muzeyinə baxmış, hakimlərin iş şəraiti ilə tanış olmuşlar.

{nl}

AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında