Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə İspaniyanın aidiyyəti qurumu arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə rəsmi səfərdə olan İspaniya Krallığının Sənaye, Turizm və Ticarət Nazirliyinin xarici ticarət üzrə dövlət katibi Alfredo Bonet Baigetin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
FHN-dən bildirmişlər ki, görüşdə Kəmaləddin Heydərov nazirlik və onun tabeliyində olan qurumlar və onların fəaliyyəti haqqında ümumi məlumat vermişdir. Həmçinin nazirlik yarandığı tarixdən etibarən nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırmışdır.
Qonaq, öz növbəsində Azərbaycan ilə İspaniya Krallığı arasında aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmiş və bu əlaqələrin dərinləşməsi üçün birgə səylər göstəriləcəyini vurğulamışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında