Türkdilli dövlətlərin Almatı Bəyannaməsi razılaşdırılmışdır

Oktyabrın 20-də türkdilli dövlətlərin xarici işlər nazirliklərinin yüksək səviyyəli rəhbərlərinin iclasında Türkdilli Dövlətlərin Əməkdaşlığı Şurasının (TDƏŞ) Almatı Bəyannaməsinin layihəsi razılaşdırılmışdır. 
Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanov türkdilli dövlətlərin XİN səviyyəsində yüksək rəhbərlərinin müzakirələrinin yekunlarına həsr olunmuş mətbuat konfransında demişdir: "Azərbaycan, Qazaxıstan, Qırğız və Türkiyənin xarici siyasət idarələrinin nümayəndələri, həmçinin yüksək səviyyədə görüşün gündəliyini razılaşdırmışlar".
İclasda TDƏŞ Katibliyinin hüquqi fəaliyyətinin təmin olunması üzrə əsas sənədlər imzalanmış və qəbul edilmişdir.
Y.Kazıxanov demişdir: "Yaxın perspektivdə qarşıya qoyulmuş vəzifələri həll etmək üçün Şuranın üzvü olan ölkələr TDƏŞ-in institusionallaşdırılmasının başa çatdırılması üzrə birgə fəaliyyəti gücləndirməlidirlər. Türk şurasının fəaliyyəti hər hansı üçüncü ölkələrin əleyhinə yönəlməmişdir. O, öz işində BMT-nin məqsədlərinə və prinsiplərinə, beynəlxalq hüququn normalarına, habelə ATƏT və digər beynəlxalq qurumlar çərçivəsində götürülmüş öhdəliklərə tamamilə sadiq olacaqdır".
TDƏŞ-in baş katibi Xəlil Akınçı demişdir: "Qurumun məqsədi ölkələrimiz arasında artıq mövcud olan əməkdaşlığı irəlilətmək və gələcəkdə inkişaf etdirmək üçün konkret addımlar atmaqdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında