Almatıda Türkdilli Dövlətlərin İşgüzar Şurasının birinci iclası olmuşdur

Oktyabrın 20-də Almatıda Türkdilli Dövlətlərin İşgüzar Şurasının birinci iclası olmuşdur. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız nümayəndə heyətləri iştirak etmişlər.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı bildirmişdir ki, bugünkü iclas ölkələrimizin münasibətlərinin inkişafına təkan verəcəkdir.
İclasda Türkdilli Dövlətlərin İşgüzar Şurasının yaradılması barədə Saziş imzalanmışdır. İşgüzar Şuranın tərkibinə türkdilli ölkələrin iri təşkilatlarının və şirkətlərinin təmsilçiləri daxil olmuşdur.
"Atameken" Milli İqtisadi Palatası idarə heyətinin üzvü Ablay Mırzaxmetov demişdir: "Bu gün biz İşgüzar Şuranın birinci iclasını keçiririk. İclasda dörd ölkənin milli biznesin inkişafını genişləndirməyə və onun üçün yeni yollar açmağa cavabdeh olan təşkilatlarının rəhbərləri iştirak edirlər. Coğrafi yaxınlıq, habelə dövlətlərimizin arasında ənənəvi dostluq münasibətləri Əməkdaşlıq Şurasına daxil olan ölkələrin iqtisadiyyatlarının maraqları naminə birgə səmərəli fəaliyyət üçün əsasdır".
Azərbaycanın Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev, Türkiyənin Palatalar və Birjalar İttifaqının prezidenti Rifat Xizarciklioğlu, Qırğızın Ticarət-Sənaye Palatasının prezidenti Marat Şarşekeyev əmin olduqlarını bildirmişlər ki, birləşdikdən sonra türkdilli dövlətlər İşgüzar Şuranın işinə sahibkarların maraqlarına uyğun daha çox konkretlik və səmərəlilik verə bilərlər.
İşgüzar Şuranın birinci iclasının gedişində iqtisadi əməkdaşlığın aktual məsələləri və perspektivləri müzakirə edilmişdir.
Azərbaycan təmsilçiləri iclas iştirakçılarının diqqətini öz təcrübələrinə və innovasiyalar sahəsində dövlət, elm və biznesin qarşılıqlı fəaliyyəti məsələlərinə yönəltmişlər. Qazaxıstan tərəfi isə ölkənin investisiya imkanlarını təqdim etmişdir. Qırğızlı həmkarlar da ölkənin investisiya potensialından və İşgüzar Şuradakı iştirakdan danışmışlar. Türkiyə tərəfi Avrasiya məkanında özəl sektorun inkişafı yollarından söz açmışdır.
İşgüzar Şuranın iclası çərçivəsində dörd ölkənin işgüzar dairələri arasında silsilə ikitərəfli və çoxtərəfli danışıqlar olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında