Binəqədidə gənclərin hərbi xidmətə yolasalma mərasimi

Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Hərbi Komissarlığı, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə çağırışyaşlı gənclərin hərbi xidmətə yolasalma mərasimi keçirilmişdir.
Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan rayon hərbi komissarı vəzifəsini icra edən polkovnik - leytenant Mehman Qurbanov hərbi çağırışla əlaqədar ölkə Prezidentinin müvafiq fərmanının icrası ilə bağlı məlumat vermişdir.
Hərbi xidmətə yola düşən gənclərə nümunəvi xidmət arzulayan rayon icra hakimiyyəti başçısının müavini Eldar Ağayev əsası ulu öndər tərəfindən qoyulmuş və bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ordu quruculuğu sahəsində müsbət uğurların əldə olunduğunu, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sülh danışıqlarının aparıldığını, eyni zamanda, işğal olunmuş torpaqlarımızın hər an azad edilməsi istiqamətində öz sözünü deməyə qadir ordumuzun yarandığını vurğulamışdır.
Sonra çıxış edənlər - YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, həmin təşkilatın qadınlar şurasının sədri Məlahət İbrahimova, rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, valideyn Vaqif Məmmədov, rayon müharibə veteranları şurasının sədri Telman Hətəmov hərbi xidmətə yola düşən gənclərə uğurlu yol, nümunəvi xidmət arzulamışlar.
Sonda gənclərə təşkilatçılar tərəfindən içərisində gündəlik gigiyenik vasitələr olan bağlamalar təqdim olunmuşdur.
Mərasim Binəqədi rayon mədəniyyət evinin musiqi kollektivinin ifasında konsert proqramı ilə yekunlaşmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında