"Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Heydər Əliyev məktəbi"nin növbəti məşğələsi keçirilmişdir.
Məşğələni akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov açaraq ulu öndər Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamız üçün gördüyü işlərdən, Azərbaycan dövlətçiliyinin bərpası, ölkəni parçalamaq təhlükəsindən qurtarmaq üçün həyata keçirdiyi tədbirlərdən, müstəqilliyimizin qorunub saxlanılması istiqamətində apardığı məqsədyönlü daxili və xarici siyasətin çoxşaxəli istiqamətlərindən bəhs etmişdir. O, XX əsr Azərbaycan tarixinin inkişaf mərhələləri, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanılması, respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində Heydər Əliyevin apardığı siyasətdən söz açmış və həmin siyasi kursun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd etmişdir. Rektor həmçinin Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin Azərbaycanın işıqlı gələcəyi üçün böyük perspektivlər vəd etdiyini bildirmişdir. S.Qəndilov çıxışında ümummilli liderimizin dövlət quruculuğu, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəsinin öyrənilməsi istiqamətində tövsiyələr də vermişdir.
Xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru, professor Hafiz Paşayev çıxışında Azərbaycanın qazandığı bütün nailiyyətlərin ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti, bacarıqlı təşkilatçılıq, idarəçilik qabiliyyəti nəticəsində mümkünlüyündən söz açmış, dövlətçiliyimizin çətin şəraitdə qurularaq möhkəmlənməsində, sabitliyin saxlanılmasında, ölkənin ağır vəziyyətdən çıxarılmasında, Azərbaycanın xarici dövlətlərlə, xüsusilə də ABŞ-la münasibətlərinin qurulması və inkişaf etdirilməsində ümummilli liderin rolunu xüsusi qeyd etmişdir. O bildirmişdir ki, 1994-cü ildə Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında yüzə yaxın dövlətin nümayəndəsi iştirak edirdi. ABŞ Prezidenti Bill Klinton Azərbaycan Prezidenti Heydər Əliyevlə xüsusi görüş keçirdi. 1995-ci ildə ulu öndər Baş Assambleyanın növbəti sessiyasına gedəndə artıq Azərbaycan ABŞ-ın xarici siyasətində öz mövqeyi olan dövlət kimi qəbul edildi. 1997-ci ildə isə Heydər Əliyevin ABŞ-a rəsmi səfəri artıq Azərbaycanın dünya xəritəsində özünə müvafiq yer tutduğunu təsdiqlədi. Bu görüş zamanı ABŞ-la Azərbaycan arasında imzalanmış sənədlər iki ölkə arasında əməkdaşlığı daha da möhkəmləndirdi. Ağ evdə tanınmış amerikalı siyasətçilərin Heydər Əliyevlə keçirdiyi görüş böyük rezonans doğurdu. İyirmi iki konqresmenlə keçirilən dəyirmi masada Dağlıq Qarabağ problemi barədə son detallarına qədər məlumat verildi və ulu öndər ona verilən sualların cavabını izah edə-edə xəritədə də göstərirdi. Bundan sonra ABŞ-ın xarici siyasətində Azərbaycana qarşı əsaslı dəyişiklik yarandı və iki ölkə arasında əlaqələr daha da möhkəmləndi.
Natiq daha sonra ulu öndərin diqqət və qayğısı ilə yaradılmış Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üçün layiqli kadrlar hazırlandığına əmin olduğunu bildirmişdir.
Tədbirdə səslənən çıxışlarda mövzu ilə əlaqədar fikirlər söylənilmiş, ümummilli lider Heydər Əliyevin siyasətinin Azərbaycanın gələcəyi üçün zəruriliyi vurğulanmışdır.
Sonra H.Paşayev tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermişdir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti" foto Mir Sadiqindir

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında